Xəbərlər
24 iyun 2017
4 285

Yeni qaydaya əsasən tələbələr ali təhsil müəssisəsini 4 ildən tez qurtara biləcəklər

Tələbələr tədris qrafikini özləri tərtib edə biləcəklər
 
Nazirlər Kabineti "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklər edib. Ali təhsil müəssisələrinin müstəqilliyinin genişləndirilməsi, ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına uyğunlaşdırılması və ən əsası, tələbələrin təhsilalma imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən bu yenilikdən sonra bir sıra tələblər dəyişib. Tutaq ki, indiyə qədər yay semestrində tələbə 9-dan artıq fəndən kredit götürə bilməzdisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
 
Yeni qaydalar kredit sistemi ilə tədrisə nə gətirəcək?
           
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, yeni qaydalar kredit sistemi ilə tədrisə çox yenilik gətirəcək: "Elə götürək, əyani təhsilalma forması olan tədrisə qismən cəlb olunmada. Qiyabi təhsilalma formasından fərqli olaraq tədrisə qismən cəlb olunan tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafikini özü tərtib edir. O, fənnə qoyulan bütün tələbləri ödəməlidir”.
Bundan başqa, tədrisə qismən cəlb olunanla (parttime) və tədrisə tam cəlb olunan (fulltime) tələbəyə semestr ərzində müəyyənləşdirilən kredit sayı fərqlənir. Belə ki, "parttime” tələbə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla 20-yə qədər kredit götürə bilər. Bir semestrə, tədrisə tam cəlb olunan tələbəyə müəyyənləşdirilən kredit sayı isə 30-a qədərdir. Üstəlik, həmin tələbələrə əlavə fənn seçməyə də icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
 
Ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcəklər
 
Yeni qayda tələbənin ali təhsil müəssisəsini tez qurtarmasına da imkan yaradacaq. Belə ki, tələbə təhsil müddətində 240 kredit toplamalıdır. Bu səbəbdən tədris qrafikini düzgün tərtib etdiyi halda ali təhsil müəssisəsini 4 ildən tez bitirə biləcək. İmtahana buraxılan, lakin akademik borcu qalan tələbə hər semestrdə fənni dinləmədən hər fəndən bir dəfə olmaqla, ümumilikdə iki fənn üzrə imtahanda iştirak edə bilər.
Tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn tədris olunduğu semestrdə faydalanacaq. İmtahanda iştirak etməyən tələbənin həmin fənn üzrə təkrar imtahanı ödənişlidir. Ödəniş haqqı həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Tələbənin imtahana qatıla bilməməsi üzrlü səbəbdən olarsa, ondan ödəniş tələb olunmur. İstənilən halda, akademik borcu yaranmış tələbəyə həmin fənn üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır.
 
Ali təhsil müəssisələrinə sərbəstlik verildi
 
Qayda dəyişikliyi tələbələrin dərsə davamiyyəti ilə bağlı ali təhsil müəssisələrinə bəzi sərbəstlik verib. Məsələn, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Qeyd edək ki, bu qayda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə şamil olunmur. Şamil olunan tələbələrlə bağlı da hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər.
Bu dəyişikliklər bu ildən, 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasından başlayaraq tətbiq olunacaq. Belə ki, təhsil naziri Mikayıl Cabbarov "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının icrasını təmin etmək məqsədilə əmr imzalayıb. Əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə qərarın indiki yay imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etmək tapşırılıb.

Загрузка...
Həmçinin oxuyun:
"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

"Tələbələr ali məktəbi 4 ildən tez bitirə bilərlər"

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Kredit sistemi ilə tədrisin təşkili Qaydalarında dəyişiklik təsdiqləndi – DİQQƏT!

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Əyani formada təhsil alan tələbələr üçün yeni qaydalar təsdiq olunub

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Tələbələrə şad xəbər: Nazirlik güzəşt edəcək

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Ali məktəblərdə yay semestrində tələbələrin götürəcəyi fənlər üzrə kreditlərin sayı artırılıb

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Təhsil Nazirliyindən ÖNƏMLİ qərar: “Sonuncu kurs oğlan tələbələrinin kəsr problemi həll ediləcək”

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Azərbaycanda fəaliyyət göstərən xarici ali təhsil müəssisələrinə tədrisin təşkili sahəsində müstəqillik verilib

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

Qərb Universitetindən yeni imtahan modeli: tələbələr üçün əhəmiyyətli dəstək

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

"2014, 2015, 2016-cı illərdə imtahan və qabiliyyətlərdə uğur qazanan 1000 tələbə magistr ola bilməyib"

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək

Qərb Universitetindən daha bir yenilik: Tələbə imtahan formasını özü seçəcək