Xəbərlər
24 fevral 2017
965

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

 

21 fevral 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi və nazirliyin digər qurumları ilə birgə "Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 
 
Tədbiri giriş sözü ilə açan filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov qeyd edib ki, bu gün FHN-nin Qarabağ Regional Mərkəzinin əməkdaşları təhsil müəssisəmizdə fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri təşkil ediblər. Tədbirdə Qarabağ Regional Mərkəzinin Təbliğat sektorunun müdiri Ruslan Zeynalov, baş zabit Fəyyaz Şirinov, Mehmandar Nəsirli və Tural Məmmədov iştirak ediblər. 
 

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

 

Təbliğat sektorunun müdiri Ruslan Zeynalov və Mehmandar Nəsirli tələbələrin baş verə biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, onların mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədi ilə keçirilən tədbirdə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, "Sel və daşqın”, "Zəlzələ”, "112 Çağrı Mərkəzinə müraciət qaydaları”, "Odsöndürən balonlardan istifadə qaydaları”, "Əyində geyim yanarkən davranış qaydaları” və digər mövzularda çıxışlar ediblər.
 

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

 

Tədbir zamanı iştirakçılara yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanıb, mövzularla bağlı videoçarxlar nümayiş olunub və suallar cavablandırılıb.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...