Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri


  Rəhbərin xarakterik əlamətləriRəhbər işçinin ünsiyyətə girmək qabiliyyəti,Rəhbərin xarakterik əlamətləri
"Fəzliyə nəsihət” əsərində M.Füzuli yazır ki, hər kəs özünə əməklə yol açır,cəmiyyətdə etibar sahibi olur və şöhrətlənir. Ona görə də əməksevər olmaq lazımdır.İnsanın zəhmətə, əməyə qatlaşması onu ədalətli, yüksək əxlaqi sifətlərə sahib edir.Rəhbər öz xarakterinin və davranış manerasının təkmilləşdirilməsi üzərində daima işləməlidir. Rəhbərlər öz xarakterlərindəki müəyyən nöqsanlarını etiraf etməklə kifayətlənməməli, əksinə onunla dərhal mübarizəyə başlamalı və onun ara-dan qaldırılmasına nail olmalıdır. Bu onların peşəkarlıq təcrübəsini zənginləşdirir və hadisələrin həllində onların rolunu yüksəldir. Rəhbərlərin fikirlərinin vüsəti konkret işlərin dərindən dərk edilməsi ilə uyğun gəlməlidir. O, perspektivi görməli-dir.Məqsədə çatmağa cəhd etmək və bu işdə düzlük, vicdanlılıq və ağıllı hərəkət etmək rəhbərin zəruri keyfiyyəti olmalı-dır.Formalizm rəhbərlərin əsas "xəstəlik”-lərindən biridir. O, çalışmalıdır ki, vəd etdiklərini yerinə yetirsin. Nəyi etmək mümkün deyildir onu vəd etmək lazım deyil-dir. Qənaət qəpikləri qiymətləndirməkdən və onlardan düzgün istifadə etməkdən yaranır. Bu aksiomanı hər bir rəhbər dərk etməlidir və qənaətə ciddi münasibət bəsləməlidir.Fəal və ağıllı istirahət etməyi öyrənmək rəhbər üçün son dərəcədə vacib keyfıyyətlərdən biridir.
Açıq çıxış etikası və məharəti. İstənilən səviyyə rəhbəri kütlə qarşısında açıq şəkildə çıxış etməyi bacarmalıdır. Bu keyfiyyətə malik olmadan yüksək nüfuzu saxlamaq olmaz. Bunun üçün hər şeydən əvvəl aşağıdakılara əməl etmək lazımdır:
  • haqqında danışmağa başlamaq istədiyiniz məsələni yaxşı və dəqiq bilməli;
  •  danışmaq tərzi inamlı və nəzakətli olmalı;
  •  danışdıqda monotonluqdan qaçmalı;
  •  intonasiyanı dəyişərkən hay-küydən qaçmalı, fikirləri yaxşı seçilmiş arqumentlərlə əsaslandırmalı;
  •  qeyri-sabitliyi və məqsədə cəhd etməyi məntiqlə möhkəmləndirmli;
  •  qısa və dəqiq təkliflərlə fikirlərlərini ifadə etməli;
  •  məruzəni nəzəri cəlb edən şəkildə, həm də adı məzmununu ifadə edən şəkildə çatdırmalı;
  •  nitq zamanı daha çox feildən (nəinki sifətdən) istifadə etməyə çalışmalı;
  •  imkan daxilində məruzəni qısa yazmağa çalışmalı, mühazirədən dəlillərin dərindən araşdırılmasına cəhd etməli;
  •  məruzə (mühazirə) vaxtı hərəkətsiz dayanmaqdan qaçmalı.
Çalışmaq lazımdır ki, fikirlərinizi əlinizin və bədəninizin hərəkətləri ilə uyğunlaşdırasınız.Heç bir rəhbər tabeçilikdə olanlarla təmas yaratmadan birgə fəaliyyəti həyata keçirə bilməz və qarşılıqlı anlaşma baş verməz. İnsanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi ünsiyyət meydana çıxır. Ünsiyyət insan varlığının xüsusi bir halıdır. Digər insanlarla qarşılıqlı əlaqələr və münasibətlər fonunda özünü göstərir. Ünsiyyət prosesində insanlar informasiya mübadiləsi edirlər-fikirləri, ideya və emosiyaları ilə münasibət yaradırlar. Nəticədə insanlar arasında qarşılıqlı əlaqələrin və qarşılıqlı münasibətlərin müəyyən işlək forması yaranmış olur. İşgüzar münasibətlərin mərkəzində vacib xidməti məsələlərin həlli dayanır. İnsanlarla ünsiyyətə girmək bacarığı elə mühüm bir peşə keyfiyyətidir ki, insan onu öyrənməyə və ömrü boyu təkmilləşdirməyə borcludur. Bu cəhət daha çox rəhbər işçilər üçün vacibdir.
Rəhbər işçinin ünsiyyətə girmək qabiliyyətindən aşağıdakı amillər asılıdır:
  • rəhbərin məlumatlılıq dərəcəsi;
  •  xidməti məsələləri həll edərkən onun tabeliyində olan işçilərə münasibətlərinin effekti;
  •  onun tabeliyində olan işçilər arasında tərbiyəvi nümunəsi;
  •  başçılıq etdiyi kollektivin mənəvi-psixoloji durumu;
  •  rəhbər işçisi kimi özünə mənəvi inamı;
  •  eyni zamanda, tabeliyində olan işçilərə aşıladığı inam hissi.
İşgüzar münasibətlər müəyyən mənəvi prinsiplərə əsaslanır ki, onların içərisində aşağıdakılar daha əsaslıdırlar.
  • əməli münasibətlərin əsasında şəxsi maraq və xüsusi ambisiyalar yox, ümumi işin mənafeyinin ifadə olunması;
  • alicənablıq;
  •  xeyirxahlıq.
Rəhbərlər üçün işgüzar ünsiyyətə nail olmaq son dərəcə vacibdir. Bacarıqsız ünsiyyət şəraitində rəhbər yersiz ifadələr işlətməklə və həmsöhbətinə hörmətsiz münasibət bəsləməklə çox vaxt itirərək məqsədə nail ola bilmir. İnsan münasibətlərinin
daxili gözəlliyində ünsiyyət mədəniyyəti öz ifadəsini tapır. İşgüzar ünsiyyət zamanı aşağıdakı bir sıra məsləhətlərə əməl etməyi faydalı hesab etmək olar:
  •  həmsöhbətinizi dinləməyi öyrənməli, əgər o, məsələdən uzaqlaşırsa, nəzakətlə söhbəti lazımi istiqamətə yönəltməyi;
  •  söhbət zamanı təbəssümlü olmağı;
  • əgər həmsöhbətinizi hər hansı bir mövzu maraqlandırırsa söhbəti davam etdirin, mövzu və həmin şəxslə ürəkdən maraqlan-mağa cəhd etdiyinizi göstərməyə çalışmağı;
  •  həmsöhbətinizə və onun fikirlərinə hörmətlə yanaşmağı;
  •  hər şeydən əvvəl mübahisədən qaçmağı;
  •  həmsöhbətinizin düzgün söyləmədiyini ona bir başa yox, "hə”, "lakin”,ifadələri ilə çatdırmağa cəhd etməyi, söhbət zamanı xeyirxah tonda danışmağı;
  •  həmsöhbətinizin və onun ifadələrinin əhəmiyyətini qeyd etməyi və bu zaman səmimi olmağı;
  •  söhbəti həmsöhbətinizin haqqında neqativ fikirlərdən başlamamağı;
  •  əgər dərk edirsinizsə, siz haqlı deyilsiniz onu dərhal etiraf etməyi;
  •  əgər həmsöhbətiniz sizin fikirlərinizi özününkü kimi təqdim edirsə, mütəəssir olmamağı, çünki bu o deməkdir ki, o sizin həmfikriniz olmuşdur;
  •  məsələlərə həmsöhbətinizin mövqeyindən baxmağa cəh etməyi;
  •  öz fikirlərinizi səmərəli şəkildə çatdırmağı və ona çatmağın həmsöhbətiniz üçün faydalı olacağına cəhd etməyi;
  •  hərdənbir həmsöhbətinizə meydan oxumağı və onu canlandırmağa çalışmağı,bu zaman təhqirdən qaçmağı;
  •  sübutlar əvəzinə həmsöhbətinizə çoxlu suallar verməyi;
  •  qələbənizi emosional surətdə qeyd etməkdən çəkinməyi (əgər qələbəni siz həmsöhbətinizlə bölüşdürmüş olsanız onda onun nüfuzunu qorumuş olursunuz);
  •  yaxşı ad qazanmaq üçün insanlara şərait yaratmağa cəhd etməyi (bu zaman həvəsləndirməni yaddan çıxarmaq olmaz);
  •  başqalarının da müvəffəqiyyəti üçün sevinməyi və tərif zamanı səxavətli olmağı;
  •  həmsöhbətinizin razılığına nail olmağa cəhd etməyi;
  •  vaxtın çox hissəsini həmsöbətinizə verməyi;
  •  nüfuzlu adamların səhvlərini dolayı yolla və ya digər daha nüfuzlu adamları cəlb etməklə göstərməyi.
Etiket qaydalarına ciddi riayət olunması yüksək mədəniyyətin və əxlaqın vacib şərtidir. Belə ki, etiket qaydalarına bələdliyinə görə, şəxs haqqında ilkin təsəvvür yaranır. Hətta ən mötəbər elmə və bütün etiket normalarına yiyələnmiş şəxslər də
müxtəlif vəziyyətlərdə qüsurlardan tamamilə sığortalana bilməz. Etiket ciddi davranış qaydasıdır, cəmiyyətdə vicdanlı davranış məcəlləsidir. Xidməti etiketdə tərz, xarici görünüş, nitq, jest, mimika, səsin tonu və s. əhəmiyyət daşıyır. Daima
yadda saxlamaq lazımdır ki, etiketə əməl edilməsi və ədəb qaydalarına əməl edilməsi ünsiyyətin təkcə vacib elementi deyil, şəxsi mədəni səviyyənin tərkib hissəsidir, rəhbər işçinin şəxsiyyətinin səviyyəsini əks etdirir, işgüzar münasibətlərin qeyrireal
nəticələrinin şərtidir. Peşə ustalığı isə ünsiyyət zamanı başqalarına diqqətli, alicənab münasibətin təzahürüdür  
Sosial-psixoloji mühit idarəetmədə mühüm rol oynayır. Sosial-psixoloji mühitin xarakterindən asılı olaraq onun kollektivə təsiri də müxtəlif olur. Yüksək mənəvipsixoloji mühit idarəetmədə əhval-ruhiyyəsinin yüksəldilməsinə kömək edir, sağlamlığı,
özünə inamı, təşəbbüskarlığı artırır. İdarəetmə şəxsiyyətlərarası münasibətlər vasitəsilə başlayır və bitir. Rəhbər və tabelikdə olanlar qarşılıqlı münasibətləri idarəetmə məsələlərinin həllində əsas rol oynayır. İdarəetmə prosesində elə qarşılıqlı
münasibətlərin yaradılması nəzərdə tutulur ki, burada hər iki tərəf qarşıya qoyulmuş məqsədlərə çata bilsin. Əməkdaşlığın əsasında bu prosesin iştirakçıları arasında pozitiv münasibətlərin saxlanması durur və əlbəttə, əməkdaşlıq qurulması üçün tələbat və əməkdaşların fəaliyyəti bir-birini məlumatlandıraraq həyata keçirməsi vacibdir.
Beləliklə, idarəetmə prosesində xüsusi psixoloji atmosfer yaranır ki, burada idarəetmə subyektləri bir-biri ilə qarşılıqlı əlaqədə olur. Bu, fəaliyyət bacarığının hesabına deyil, subyektlərin bir-birinə istiqamətlənmiş olmalarının nəticəsidir.İdarəetmə o vaxt effektli alınır ki, rəhbər tabeçilikdə olanın fəaliyyətinə məharətlə rəhbərlik edir. Birgə fəaliyyətə sıx şəkildə qoşulmuş tabeçilikdə olanın şəxsiyyət keyfiyyətləri, əməliyyatlardakı müstəqilliyi bu cür əməkdaşlığın əsasını təşkil edir.Belə qarşılıqlı münasibətlərdə rəhbərlə tabeçilikdə olanın daha aktiv və sərbəst olmaq imkanı yaranır. Bundan başqa, bu aktivliyi düzgün idarə etməklə tabeçilikdə olanın şəxsiyyətində müsbət yönümlü dəyişikliklərin baş verdiyini görmək olar.Tabeçilikdə olanın bütün şəxsiyyət keyfiyyətlərinin nəzərə alınması çox əsasdır. Bu,idarəetmənin tempini və keyfiyyətini dəyişməyə imkan verən şərt kimi çıxış edir.
Rəhbərlə tabelikdə olanın əməkdaşlığı təkcə idarəetmənin metod və vasitələrinin tətbiqindən ibarət deyil. Burada mənəvi əlaqə olmalıdır. Rəhbər ötürdüyünün tabeçilikdə olan tərəfindən qəbul edilməsinə, özününkiləşdirməsinə şərait yaratmalıdır. Bu
mənəvi əlaqə emosional, qiymətləndirici və iradi xarakter daşıyır.Psixologiyada elə hallar məlumdur ki, tabeçilikdə olanlar heç də həmişə rəhbəri qəbul etmirlər. Tədqiqatlar göstərir ki, tabeçilikdə olanın rəhbərlə olan münasibəti tabeçilikdə olan üçün çox önəm daşıyır. Rəhbər və tabeçilikdə olanla ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.
P.Rzayev, Z.Rzayev



>>Forumda müzakirələrə qatıl







Həmçinin oxuyun:

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Rəhbərin nüfuzu və qərar qəbul edilməsində müdriklik

Direktor
İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

Direktor
İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

Direktor
Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Psixoloq
Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

MÜƏLLİM
Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Psixoloq, MÜƏLLİM
MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİM
Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Direktor
Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Qabaqcıl təcrübə
MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MÜƏLLİM
Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

Əmək hüquq münasibətlərinin anlayışı, meydana gəlməsi və subyektləri

H/N sənədlər
İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Direktor
. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

H/N sənədlər
Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Direktor
Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Direktor
Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Psixoloq, MÜƏLLİM
Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

MÜƏLLİM
Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Kurikulum
Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum - Koqnitiv bacarıqlar nə deməkdir ?

Kurikulum
Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Direktor
Tərbiyənin metodları

Tərbiyənin metodları

MÜƏLLİM
Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Direktor
Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Psixoloq, Direktor
Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri