Məktəb direktorları və müavinlərinin MAAŞLARI
AzTehsil.com xəbər verir ki, dövlət ümumi təhsil müəssisələrinin direktorları və direktorun müavinlərinin aylıq vəzifə maaşı sonuncu dəfə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.
Nəticədə məktəb direktorlarının aylıq vəzifə maaşı 879 manat, direktorun müavinlərinin aylıq vəzifə maaşı 791 manat müəyyən edilib.
Bununla yanaşı direktorlar və direktor müavinləri maaşa aylıq əlavə də alırlar.Vəzifə maaşı 879 manat olan direktorun çalışdığı məktəbdə şagirdlərin sayı 1000 nəfərdən çoxdursa, onda 900 manat da əlavə alır ki, bu da toplam 1779 manat edir.