Ölkəmizdə ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyəti genişlənir
Ölkəmizdə ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyəti genişlənir.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bu dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20.950 nəfər təşkil edib və yerinə yetirilib.
Bu rəqəm 2016-2017-ci dərs ili ilə müqayisədə 2.130 nəfər çoxdur.