Bu məktəbdə gül dibçəklərinin sayı şagirdlərin sayından çoxdur - VİDEO
Paytaxtın Suraxanı rayonundakı 279 nömrəli məktəb özünəməxsusluğu ilə digərlərindən fərqlənir.
Məlumata görə, məktəb daxilində 2500-dən artıq gül dibçəyi var. Məktəb müəllimlərinin sözlərinə görə, əvvəllər güllərə qulluq göstərmək çətin olsa da, sonradan şagirdlərin özləri də bu məsələyə həvəslə yanaşmağa başlayıblar.
Hər gün xüsusi seçilmiş növbətçi şagirdlər güllərə baxırlar. Onlar güllərə su verir, diblərini yumşaldır və digər aqrotexniki qulluq göstərirlər.
İlk dəfə bu işə başlayanda məktəbdə güllər və dibçəklərin sayı az olsa da, sonradan uşaqlar bu işə ciddi maraq göstəriblər və güllərin sayı sürətlə artıb.
Məktəbin daxili kimi həyətyanı sahəsi də əsl gülüstana çevrilib. Müxtəlif dekorativ kollardan tutmuş meyvə ağaclarına qədər burda bir çox adda və növdə bitki əkilib.