Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ
Ən çox bu rayonlardakı məktəblər bağlanıb – RƏSMİ
AzTehsil.com xəbər verir ki, Azərbaycanda bir sıra ümumtəhsil müəssisələrinin ixtisar edilməsi və ya digər məktəblərlə birləşdirilməsi davam edir. Təhsil infrastrukturunun optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və tədris imkanlarının yaxşılaşdırılması istiqamətində daha bir neçə məktəbin ixtisar olunacağı gözlənilir.
Ümumilikdə indiyə qədər rayonlar üzrə Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı, Ağdaş rayonlarında 4, Şamaxı, Şəmkir, Balakən rayonlarında 3 məktəb bağlanıb. Azalma əsasən ibtidai məktəblərdə qeydə alınıb. Ötən tədris ilinin əvvəlində 292 ibtidai məktəb vardısa, bu il 245-ə enib.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ixtisarlar əsasən, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq aparılan təhlillərdən sonra edilir, yəni rasionallaşdırılma həyata keçirilir.
Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.![]()












