AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / İnnovasiyalar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bakalavr / Bölgə
27 oktyabr 2025
1 188

Bu tələbələrə xüsusi güzəşt EDİLƏCƏK



–2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xarici tələbə təhsil alacaq. Bəs həmin tələbələrin qəbul prosesi necə həyata keçirilir? Onlara güzəşt edilirmi?


AzTehsil.com xəbər verir ki, bununla bağlı  sorğuya cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında (AR) təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli Qərarı ilə tənzimlənir.


Həmçinin, qeyd edilib ki, Əcnəbilərin yeri ATM-lərə qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platforması üzərindən mərkəzləşmiş e-müraciət xidməti (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) vasitəsilə həyata keçirilir. Dominos pizza


Bundan başqa, AR qanunveriliciyinə əsasən ATM-lərə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə də mümkündür. Əcnəbi vətəndaşlar AR ATM-lərdində qeydiyyat zamanı seçdiyi tədris dilinə uyğun olaraq hazırlıq kurslarında, bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili, rezidentura və doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazana bilərlər. Bununla yanaşı, əcnəbi vətəndaşların yerli ATM-lərində təqaüdlü təhsili ilə bağlı bir sıra layihələr mövcuddur. Belə ki, əcnəbilər AR Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” və ya Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində də yerli ATM-lərdə təhsil ala bilirlər. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil haqqı, beynəlxalq nəqliyyat xərcləri, aylıq təqaüd, tibbi yardım (tibbi xidmət və dərman alınması), viza və qeydiyyat xərcləri qarşılanır. Həmçinin, HTP çərçivəsində qarşılıqlı razılaşma əsasında tərəfdaş ölkələrin vətəndaşları yerli ATM-lərdə tam təqaüdlə təhsil almaq hüququ qazana bilirlər.


Təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a açıqlamasında bu prosesin detalları haqda danışıb:


“Azərbaycan ali təhsil sisteminin beynəlxalqlaşması son illərdə dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə əsas məqsəd əcnəbi tələbələrin ölkəyə cəlbidir. Son beş ildə bu sahədə əhəmiyyətli artım müşahidə olunur – 2018-ci ildə 5 min olan əcnəbi tələbə sayı 2024-cü ildə 12 mini ötüb”.


Ekspert vurğulayıb ki, “Təhsil haqqında” Qanuna görə, xarici vətəndaşların təhsil hüququ yerli vətəndaşlarla bərabər təmin edilir. Onun sözlərinə görə, əcnəbilərin qəbulu Nazirlər Kabinetinin 2015-ci il 125 nömrəli qərarı ilə iki mexanizm üzrə, beynəlxalq müqavilələr çərçivəsində dövlət xətti və universitetlərlə birbaşa müqavilə əsasında həyata keçirilir:




“Dövlət xətti ilə qəbul olunan tələbələr təhsil haqqından azadolma, yataqxana və sığorta kimi güzəştlərdən yararlanırlar. 2022-ci ildən “Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin ali təhsil almasına dair dövlət proqramı” çərçivəsində 400-dən çox tələbə dövlət hesabına təhsil alır. Müqavilə əsasında qəbulda inzibati prosedurlar sadələşdirilib: artıq universitetlərə birbaşa müraciət imkanı və “ATİS” adlı elektron qeydiyyat sistemi tətbiq olunur”.


K.Əsədov Azərbaycan dilini bilməyənlər üçün birillik hazırlıq proqramlarının mövcud olduğunu da qeyd edib:


“ADA, ADPU və BDU bu sahədə nümunəvi təcrübəyə malikdir. Bəzi texniki ixtisaslarda müəyyən ölkələrdən gələn tələbələr üçün 25–50 faiz təhsil haqqı endirimi də tətbiq edilir. Sosial adaptasiya məqsədilə 2023-cü ildən “Xarici Tələbə Evi” və təcrübə proqramları icra olunur. Bu təşəbbüslər beynəlxalq tələbələrin ölkə həyatına inteqrasiyasını asanlaşdırır”.


Qeyd edək ki, bu il ölkəmizdə təhsil alacaq 62 tələbə arasında 23 Çin, 11 Qazaxıstan, 4 Tacikistan, 4 Qırğızıstan və 20 Somali vətəndaşı var. Bu göstərici ötən illə müqayisədə 32 faiz artımı əks etdirir. Xarici vətəndaşlar müxtəlif ixtisaslar üzrə 14 universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.



Həmçinin oxuyun:
Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Universitetlərdə YENİ QAYDALAR

Universitetlərdə YENİ QAYDALAR

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb