Qəzalı məktəblərin sayı azaldılıb
Son illər ərzində qəzalı vəziyyətdə olan məktəblərin sayı 900-dən 400-ə endirilib.
AzTehsil.com xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ilinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu il 16 ümumitəhsil müəssisəsi müəllim və şagirdlərin istifadəsinə veriləcək.
“Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da 11 ümumitəhsil məktəbinin istifadəyə veriləcək ”, – deyə Eşqi Bağırov qeyd edib.