AzTehsil.com

Xəbərlər / test / Ziyalılar / Valideyn / Direktor / Digər Elan / Cəmiyyət / Ekspert / Bölgə / Şagird
24 avqust 2025
1 008

Bu müəllimlər inzibati məsuliyyətə cəlb olunmalıdır

AzTehsil.com - n əldə etdiyi məlumata görə mövzu ilə bağlı açıqlama verən ekspertlər bildirirlər ki, şagird attestatda “5” alır, qəbulda aşağı bal toplayır... - Kimdir günahkar? Azərbaycanda illərdir təhsil sisteminin ən çox müzakirə olunan problemlərindən biri məktəb qiymətləndirməsi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi buraxılış və qəbul imtahanlarının nəticələri arasındakı uçurumdur. Bir tərəfdə sinif jurnallarında və attestatlarda parlayan “5”lər, digər tərəfdə isə imtahan zalında cəmi 10 sualı cavablandıra bilən yüzlərlə şagird və ya tam əksinə buraxılış və qəbul imtahanlarında yüksək nəticə, lakin müəllimlərin uşaqları həmin fənlər üzrə daha aşağı balla qiymətləndirməsi halları ilə qarşılaşırıq. 

Mövzu ilə bağlı təhsil sahələri üzrə ekspert Kamran Əsədov bildirib ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanları ilə məktəb daxili qiymətləndirmə arasında kəskin uyğunsuzluq olması pedaqoji problem olmaqla yanaşı, həm də sosial ədalətsizlik, korrupsiya və etimad böhranı yaradan məsələdir:

“Əgər yüksək nəticə göstərən şagirdlərin attestatlarında aşağı qiymət yazılırsa və ya zəif nəticə göstərənlərdə süni şəkildə “5” rəqəmi qeyd olunursa, bu, birbaşa olaraq qiymətləndirmə sisteminin natamamlığını və müəllimlərin peşə məsuliyyətinə yanaşmasında ciddi boşluqları təsdiqləyir”.

Statistik göstəricilər də bu ziddiyyətin miqyasını ortaya qoyur. Məsələn, 2024-cü ildə keçirilən buraxılış imtahanlarında bəzi rayonlarda şagirdlərin 60 faizdən çoxu 30 sualdan 10-dan azına doğru cavab vermiş, lakin həmin məktəblərin illik hesabatlarında həmin şagirdlərin attestat qiymətlərinin 4 və 5 olduğu açıqlanmışdır:

“Bu, “Ümumi təhsil haqqında” Qanunun 14.2-ci maddəsində göstərilən “qiymətləndirmənin obyektivliyi və şəffaflığı” prinsipinin açıq şəkildə pozulmasıdır. Belə hallara göz yuman məktəb rəhbərləri isə qanunun 26.1-ci maddəsinə görə məsuliyyət daşıyır, çünki direktorun vəzifəsi məktəbdə tədrisin keyfiyyətinə və qiymətləndirmənin obyektivliyinə nəzarət etməkdir”.

Bu müəllimlər inzibati məsuliyyətə cəlb olunmalıdır.

K. Əsədov vurğulayıb ki, müəllimlərə qarşı konkret tədbirlər görülməlidir. “Əvvəla, şagirdlərin imtahan nəticələri ilə məktəb qiymətləri arasında kəskin fərqlər müşahidə edilən müəllimlər üzrə monitorinq aparılmalı, bu ziddiyyətin səbəbləri araşdırılmalıdır. Əgər müəllimin subyektiv yanaşması və ya qərəzli qiymətləndirməsi üzə çıxarsa, həmin müəllimlər inzibati məsuliyyətə cəlb edilməli, təkrar sertifikatlaşdırma imtahanına göndərilməli, zəruri hallarda pedaqoji fəaliyyətinə xitam verilməlidir. Çünki təhsil qanunvericiliyində müəllimlərin vəzifəsi təkcə dərs keçmək yox, həm də “şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirmək” kimi təsbit olunub”.

Direktorların məsuliyyəti daha ağırdır

“Əgər məktəbdə onlarla belə hal yaşanırsa və direktor bunu görüb tədbir görmürsə, bu, artıq sadəcə laqeydlik deyil, sistemli şəkildə təhsilin keyfiyyətinə zərbə vurmaqdır. Belə direktorlar haqqında xidmət araşdırması aparılmalı, ciddi nöqsanlar təsdiqləndikdə onlar vəzifədən azad olunmalıdır. Əks halda, qiymətləndirmədəki saxtakarlıqlara göz yumulmuş olur”- deyə ekspert bildirib.

Problemin həlli üçün isə struktur dəyişikliyi zəruridir.

Təhsil eksperti vurğulayıb ki, ilk növbədə, məktəb qiymətləndirməsi ilə mərkəzləşdirilmiş imtahan nəticələrinin müqayisəsini aparan vahid elektron platforma qurulmalıdır:

“Bu platformada hər bir şagirdin imtahan nəticələri ilə məktəb qiymətləri avtomatik tutuşdurulmalı, fərq 30-40 faizdən artıq olduqda sistem dərhal xəbərdarlıq siqnalı göndərməlidir. İkinci addım olaraq, müəllimlərin qiymətləndirmə meyarları şəffaflaşdırılmalı, valideynlərə hər bir qiymətin hansı tapşırıq və bacarıqlara əsaslandığı elektron şəkildə təqdim olunmalıdır. Bu, həm hesabatlılığı artırar, həm də subyektiv yanaşmanı azaldar”.

Digər ölkələrdə bu cür hallarda xüsusi təlim qrupu məktəbə göndərilir

Dünya təcrübəsindən də danışan ekspert bildirir ki, Finlandiyada məktəb qiymətləndirməsi ilə dövlət imtahanlarının nəticələri arasındakı fərq 5-7 faizdən artıq olduqda dərhal xüsusi təlim qrupu məktəbə göndərilir və səbəblər araşdırılır. Estoniyada isə şagirdin yekun qiymətinə həm məktəb, həm də milli imtahan nəticəsi təsir edir və böyük fərq olduğu halda son nəticə şagirdin ziyanına yox, obyektivlik prinsipi əsasında dövlət imtahanına üstünlük verilərək hesablanır. Azərbaycanda isə bu mexanizmlər yoxdur, nəticədə məktəblər özlərini qapalı “qiymət bazarı”na çevirirlər.

“Mövcud qiymətləndirmə siyasəti həm şagirdlərin hüquqlarını pozur, həm də təhsil sisteminə olan ictimai inamı sarsıdır. Nazirlik bu istiqamətdə nə marifləndirmə işi aparır, nə də ciddi nəzarət mexanizmi yaradır. Əgər dərhal müdaxilə olunmazsa, şagirdlərin real bilik səviyyəsi ilə sənəddə göstərilən qiymətlər arasındakı uçurum daha da dərinləşəcək və bu, gələcəkdə universitetlərdə, əmək bazarında və bütövlükdə cəmiyyətdə bilik böhranına gətirib çıxaracaq”- deyə Kamran Əsədov sonda bildirib. 

Valideynlər müxtəlif yollarla attestatın göstəricilərini dəyişə biləcəklərini bilirlər

Təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri isə bildirib ki, qeyd olunan problem çox ciddi, amma eyni zamanda kölgədə qalan məsələyə çevrilib:

“Bilirik ki, peşə təhsil müəssələrinə qəbul attestat göstəricilərinə görə müəyyən olunur. Attestat sistemə daxil olunduqdan sonra onun göstəricilərinə uyğun olaraq müəyyən sayda ixtisaslar sizə təqdim olunur və onlardan sadəcə 5-ni ixtisas seçimində göstərə bilərsiniz. Müşahidələr göstərir ki, valideynlər peşə məktəblərinə attestat qiymətləri ilə daxil olmağın mümkünlüyünü gördükdən sonra “bilsəydim qiymətləri düzəltdirərdim”- deyirlər. Bu da təhsil sistemində şəffaflığın olmadığını göstərir. 

Buna göz yuman direktorlar, həmçinin düzgün qiymətləndirmə aparmayan müəllimlər cəzalandırılmalıdır

“Eyni zamanda müəllimlərin bilərəkdən şagirdlərin qiymətini aşağı yazması halları ilə də qarşılaşmaq mümkündür. Baxırsan ki həmin şəxs informatika, riyaziyyat və ya digər fənlərdən attestatda aşağı qiymət alsa da, həmin fənlər üzrə imtahan balları yüksəkdir. Bu sahədə ciddi yoxlanış olmalı, bu kimi vəziyyətlər xüsusi nəzarətə alınmalıdır, məktəb direktorlarına xüsusi təlimatlar getməlidir. Necə ki peşə müəssələrinə qəbulda qeyri-adekvatlıq olursa, eyi zamanda kolleclərə və universitetlərə qəbul olmaq istəyən abituriyentlərin də nəticələrində ciddi fərq olduğunu görürük və bu prosesə heç bir şəkildə dırnaqarası baxılmamalı, buna göz yuman direktorlar, həmçinin düzgün qiymətləndirmə aparmayan müəllimlər cəzalandırılalıdır”- deyə Elmin Nuri sonda bildirib.  

Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?- Ekspertlər

Attestat qiyməti 5, imtahanda nəticəsi 0: Bu necə ola bilər?- Ekspertlər

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Metodbirləşmələr

Metodbirləşmələr