Goranboyda məktəblini maşın vurub
Goranboyda piyadanın vurulması ilə nəticələnyol-nəqliyyat hadisəsi baş verib.
AzTehsil.com- n əldə etdiyi məlumata görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
Avtomobil yolu keçmək istəyən 15 yaşlı A.Əliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.