Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək – FOTO
İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlər linkə daxil olaraq namizədin qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.