Xəbərlər / Ekspert
27 aprel 2023
1 090


Bir vaxtlar müəllimi dərəcəsinə görə fərqləndirərdilər, indi isə yaşına görə…


Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox...


Kimsə yaşlı hakim, gənc həkim, ümumiyyətlə prokuror, müstəntiq, mühəndis, aqronom, zootexnik və digər peşə sahibləri arasında müqayisə aparılaraq, onların “yaşlı” və “gənc” kimi səciyyələndirilməsinin və yaş senzinə görə  fərqləndirilməsinin bəlkə də şahidi olub. Olsa belə, məsələ heç də onda deyil. Hər peşə sahibinin yaşlısı da var, gənci də, yaşlı və gənclər arasında da yaxşısı var, pisi də.  Bir də “çalışmanın yaş həddinə çatmış işçi” deyilən bir anlayış var. Bilən bilir, bilməyən də bilsin ki, Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Müvafiq Qanuna görə Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddi 70-dir.


Digər bir məsələ də ondan ibarətdir ki, xüsusi xidmətləri olmuş müəyyən işçilərin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildən artıq uzadıla bilər. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Belə qənaətə gəlmək olar ki, yaşının 55, 60, 65 və 70 olmasından asılı olmayaraq çalışma müddəti başa çatana qədər digər cavanlarla eyni bərabər hüquqa maliksən. Elə isə, son zamanlar digər peşə sahiblərini deyil, məhz müəllimləri “yaşlı müəllimlər” və “gənc müəllimlər” kimi qruplaşdırıb hallandırmaq nə dərəcədə düzgündür?


Məsələnin ən maraqlı tərəfi də elə ondadır ki, niyə digər çoxsaylı peşə sahibləri deyil, məhz müəllim son zamanlar qərbdən bizə transfer olunan, nəsillər arasında qarşıdurma yaratmağa hesablanan “Nəsillər nəzəriyyəsi” kimi təhlükəli tendensiyanın hədəfinə çevrilib!? Nəsilləri illərin sıralanması əsasında yaşları üzrə təsnifatlandırıb, xarakter və xüsusiyyətlərinə görə “alfa”, “beta” “zeta” kimi bölgüsünü apararaq, bunlardan hansınasa üstünlük verib,  digər hansınısa nüfuzdan salmaq missiyasını yerinə yetirənlərin görəsən məqsədləri nədir? Kim təminat verə bilər ki, kimlərəsə “ulduz falı” kimi görülə biləcək bu oyunbazlıq gələcəyimiz olan yeniyetmə və gəncləri milli mentalitetdən, mənəvi dəyərlərdən, böyük-kiçik münasibətlərindən, ədəb-ərkan hissindən uzaqlaşdırmaq üçün düşünülməyib?


“Gənclərlə yaşlı nəsil niyə bir-birini başa düşmür?” mövzusunda aparılan müzakirələr, “Kim daha yaxşı öyrədir: yaşlı, yoxsa gənc müəllim?” başlıqlı yazılar, “Gənc műəllimlərin III Şəbəkələṣmə formu” adı altında keçirilən tədbirlər, “Yaşlı müəllimlər üçün dünya SSRİ-dən ibarətdir” kimi mülahizələr, “Sertifikasiya prosesinin nəticələrinə baxdıqda görürük ki, gənclərin nəticələri yüksəkdir”, “25-29 yaşı olanlar təhsilverənlərin sertifikasiya imtahanlarında 100 faiz uğur qazanıb”, “Bizi 40-55 yaş arası olanlar daha çox narahat edir”, “Yaşı 60-dan yuxarı olan müəllimlərin 68 faizi uğur əldə edib” və s. bu kimi rəsmi açıqlamaların mənbəyi nədən qaynaqlanır?  Bu kimi təhlilər aparıla bilər, lakin ictimailəşdirmək məqsidilə yox xidməti istifadə üçün. Və ya “Gənc műəllimlərin formu” keçirilsin, kim nə deyə bilər ki... Ancaq, bu “şəbəkələṣmə” nə olan şeydir, heç olmasa bunu soruşan biri olmalıdır ya yox?

İstəsək də istəməsək də bir sadə həqiqəti qəbul etməliyik ki,“Yaşlı müəllimlər” və “gənc müəllimlər” deyilən belə bir təsnifat yoxdur. Təcrübəli müəllimlər var, təcrübəsiz müəllimlər var, nüfuzlu müəllimlər var, nüfuzsuz müəllimlər var. Yaşlılığından asılı olmayaraq, canla-başla işləyən müəllimlər var, bir növ baş girləyən müəllimlər var. Bu peşəni sevərək seçənlər var, bu peşəyə təsadüfən yiyələnənlər var. Bu peşəyə ürəkdən bağlananlar var, bu sahəyə təsadüfən düşənlər var. “Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər və əksinə, əksər cavanlar özlərini yaşlılardan daha üstün və güclü sayırlar” kimi yanaşmalar absurd mövqe sərgiləməkdən başqa bir şey olmayıb, yalnız yaşlı və gənc nəsil arasında qarşıdurma yaratmağa yönələn cəhdlərdən biri hesab oluna bilər.


Ümumiyyətlə yaşlıları və gəncləri müqayisə etmək, onların keyfiyyət göstəricilərini yaş senzinə görə, yüksək bal toplayanları qruplar üzrə təsnifatlandırmaq və bu əsasda hər hansı bir təhlil aparıb, ictimailəşdirmək heç bir halda problemin həllinə düzgün yanaşma hesab oluna bilməz. Bu kimi statistikalar yanız xidməti istifadə üçün yararlı və keçərli ola bilər. Təcrübəli yaşlı müəllimləri sıxışdırmaq yolu ilə, təcrübəsiz gənc müəllimlərə yol açmaq da, gənclərə etimad göstərmək hesab oluna bilməz əksinə, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə yeni bir zədə olar. Çoxlarının bəyənmədiyi Sövet dönəmində müəllim dərəcəsinə görə - “ali kateqoriyalı” müəllim, “I kateqoriyalı”, “II kateqoriyalı” müəllim kimi seçilər və rəğbətləndirilər və nüfuz sahibi olardı.  Metodist müəllim “müəllimlərin müəllimi” sayılardı.


Heç də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Strategiyada nüfuz deyilərkən, “müəllim peşəsi” nəzərdə tutulur, “müəllimin yaş senzi” yox... Gənc müəllimlər unutmasın ki, onları bu ərsəyə gətirən elə indi bəyənmədikləri yaşlı müəllimlər olub. Bu gün yaşlı nəslə arxa çevirmək, sabah özünə qarşı arxa çevirənlər nəsli hazırlamağın əsasnı qoymaqdır.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

MƏKTƏB RƏHBƏRLƏRİ !   ƏMƏK MƏCƏLLƏSİNDƏN  10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

MƏKTƏB RƏHBƏRLƏRİ ! ƏMƏK MƏCƏLLƏSİNDƏN 10 SUAL 10 CAVAB

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

Bir məktəbdə yaş həddinə çatmış neçə müəllimin müqavilə müddəti uzadıla bilər?

Bir məktəbdə yaş həddinə çatmış neçə müəllimin müqavilə müddəti uzadıla bilər?

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Müəllimlərin İşə Qəbulu Qaydaları 2018

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu  QAYDALARI

Pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

ƏMR  № F 223-   Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması  presudurları barədə

ƏMR № F 223- Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması presudurları barədə

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Pensiya yaşına çatmış müəllimlər bu halda işdən çıxarmalıyacaq

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamə