AzTehsil.com

Xəbərlər
25 aprel 2023
1 172

Direktor: “Uşaqlar, sadəcə, video çəkmək üçün liseydə kart oynayıblar” – FOTO

Sosial şəbəkələrdə Mingəçevir şəhəri Təbiət, riyaziyyat, humanitar təmayüllü liseydə şagirdlərin oyun kartları ilə qumar oynaması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə yuxarı sinif şagirdlərinin dərs saatlarında sinif otağında qumar oynadıqları əks olunub.

Şagirdlərin bu əməli haqqında Oxu.Az-a danışan liseyin direktoru Aidə İsmayılova hadisənin liseydə baş verdiyini təsdiqləyib. Direktor bildirib ki, bu, dərs vaxtı olmayıb:

“Onlar 11-ci sinif şagirdləridir. Sonuncu dərs bitəndə uşaqlar, sadəcə, video çəkmək üçün maraq xətrinə 5-10 dəqiqəlik belə bir addım atıblar. Aprelin 13-ü baş verib və çəkdikləri videonu uşaqlardan biri “Instagram” səhifəsində paylaşıb. Beləliklə, yayılıb. Amma videonu görəndə uşaqlar özləri də mat qaldılar. Belə ciddi qınağa səbəb olacağını düşünməyiblər. Onların cəmi iki ayı qalıb, qəbul imtahanına hazırlaşırlar. Çox güman ki, stresdən qısa müddətlik belə bir əyləncə ilə fikir dağıtmaq istəyiblər. And içdilər ki, heç 10 dəqiqə çəkmədi. Tənəffüsdə videonu çəkib, evə gediblər. Polis araşdırması aparıldı, uşaqların dedikləri təsdiqləndi”.

Aidə İsmayılova onu da qeyd edib ki, valideynlər liseyə çağırılıblar, onlarla söhbət aparılıb:

“Amma uşaqların qəbula hazırlaşdıqlarını nəzərə alaraq, töhmət və ya ciddi tədbir görülmədi. Belə bir məqamda onları daha da stresə, üzüntüyə sala bilmərik. Mənə elə gəlir, məsələni çox böyütməyə ehtiyac yoxdur”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun verdiyi açıqlamaya görə, Mingəçevir şəhərində yerləşən məktəbdə şagirdlərin qumar oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb.

Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub. Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb. Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

İbtidai sinifdə maraqlı dərslər

İbtidai sinifdə maraqlı dərslər

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Texniki- humanitar təmayüllü liseydə biologiya fənnindən açıq dərs keçirilib

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Oyun terapiyası uşağa necə kömək edir?

Oyun terapiyası uşağa necə kömək edir?

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Birincilərin birincisi

Birincilərin birincisi

İlham Əliyev 2 nömrəli texniki-humanitar liseydə yaradılan şəraitlə tanış olub - FOTOLAR

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Rollu oyunlar   və onların faydaları

Rollu oyunlar və onların faydaları

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Bankdan maaş və pensiya kartları ilə bağlı şad xəbər

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Qəbul imtahanına düşən suallar - I qrup

Qəbul imtahanına düşən suallar - I qrup

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

“Təbiət üçün SOS” adlı açıq havada yay məktəbinin rəsmi bağlanış mərasimi keçirilib-FOTO