DİM aprelin 9-da buraxılış imtahanı verəcək şagirdlərə müraciət edib
Aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahan verəcək şagirdlər Mərkəzin saytında müvafiq linkdən istifadə etməklə imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
Qeydlər:
Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.
Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və DİM-in saytında hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər.
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Aprelin 16-da və 17-də imtahan verəcək şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər
Martın 5-6-da buraxılış imtahanı keçiriləcək
Növbəti buraxılış imtahanları keçiriləcək
Buraxılış imtahanlarının vaxtı açıqlandı
70 min şagird buraxılış imtahanı verəcək
Buraxılış imtahanı bu tarixdə keçiriləcək
Martın 5-də keçiriləcək imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb
Bu rayonlardan olan şagirdlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər - SİYAHI
Şagirdlərin nəzərinə! - Martın 11-də buraxılış imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır
İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək
İmtahanda iştirak edəcək şagirdlərin - NƏZƏRİNƏ
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
IX sinif üçün buraxılış imtahanlarının cədvəli
Aprelin 28-də keçiriləcək imtahanlarda iştirak edənlərin nəzərinə!
Daha 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
2022-ci təqvim ili rəqəmlərdə
Buraxılış vərəqini çap edə bilərlər
20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub
DİM qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan etdi
Paytaxt təhsili 2021-ci təqvim ilində
DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib