11-ci sinif şagirdi bıçaqlandı
Şirvan şəhərində 11-ci sinif şagirdi bıçaqlanıb.
Şirvan şəhəri Yeni qəsəbədə məskunlaşan Zəngilan sakini, 2006-cı il təvəllüdlü Mahmudzadə Ülvü Azər oğlu həmyaşıdı tərəfindən bıçaqlanıb.
Şirvan Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.