AzTehsil.com


Xəbərlər / Direktor
23 iyul 2022
1 524


Baş redaktor : Korrupsiya əməlləri aşkar edilən eks direktor çal-çağırla yola salınıb.




Xəbər verdiyimiz kimi bir neçə gündən bundan öncə 3 saylı xüsusi internat məktəbinin direktoru Bahar Kərimovanın qızı Vüsalə Əliyeva sosial şəbəkədə saxta profillə Analoq.az saytının baş redaktoru Savalan Talıblıya rəy yazıb. 

Bu barədə saytımıza Savalan Talıblı geniş açıqlama verib. Jurnalist bildirib ki , Analoq.az da 3 saylı xüsusi internat məktəbinin direktoru Bahar Kərimovanın məktəbdə korrupsiya faktları , müəllimlərin dərs saatının kəsilməsi , lal və kar uşaqlara aid ola yeməklərin oğurlanmasıyla bağlı əsaslı faktlarla məqalələr dərc etdik. Hətta bu barədə direktorun özünə qarşı tərəfin mövqeyini öyrənmək üçün zəng elədik. Direktor özünəməxsus şəkildə mənimlə kobud rəftar elədi. Sonra isə get " nə istəyirsən yaz"  deyərək telefonu üzümə bağladı. Sözün düzü bu münasibətin qarşılığınd əlimizdə olan faktları yazdıq. Bir neçə saatdan sonra direktor bir neçə yaxın adamı vasitəsi ilə bizə çıxaraq pul qarşılığında yazının silinməsini istədi.  Təbii ki , Analoq.az olaraq biz bu "razılığa" gəlmədik. Bahar Kərimova daha da irəli gedərək başladı sosial şəbəkələrdə öz adamlarına haqqımızda böhtanlar yağdırmağa.  Amma əldə etdiyimiz məlumatlara görə məktəbdə bir neçə qurum tərəfindən yoxlamalar başladı. Və məqalədə qeyd etdiyimiz kimi ciddi qanun pozuntuları , korrupsiya faktları akarlandı. 


Məktəbin idman zalı digər adamlara icarəyə verilib


Təsəvvür edin məktəbdə çox ciddi problemlər var. Onlarla adamın adı var necə deyərlər özü yoxdur. Mənə bir neçə nəfər müraciət etdi ki , direktor Bahar Kərimova adı olub , özü olmayanların maaş kartını alıb. Məvacibi də özü mənimsəyib. Bundan əlavə məktəbin idman zalı kənar şəxslərə icarəyə verilib. Sözün düzü bu dediklərim yoxlamalar aparılanda aktlarda öz əksini tapıb. Bir daha bu barədə geniş danışmağa ehtiyac görmürəm. 


Bu fikirləri də jurnalist Savalan Talıblı bildirib. Açıqlamasında həmkarımız onu da qeyd edib ki , bir neçə gün öncə Bahar Kərimovanın işinə xitam verilməsiylə bağlı xəbər aldım. Bu barədə " Facebook" da status yazdım


"Aldığım məlumata görə 3 saylı xüsusi internat məktəbinin direktoru Bahar Kərimova özünə vida gecəsi təşkil edib. Korrupsiya əməlləri aşkar edilən eks direktor çal-çağırla yola salınıb.  Vida gecəsində 520 nəfərlik kollektivdən  yalnız 9-10 nəfər iştirak edib. Necə deyərlər korrupsiyanerin biri də azaldı.  


3 saylı xüsusi internat məktəbi - SƏN AZADSAN !!!



Status yazılandan az sonra Bahar Kərimovanın qızı əvvəlcə saxta profillə mənə hücuma keçdi. Yazdıqlarımı əsassız adlandırdı. Bir neçə saniyədən sonra özünü ifşa elədi. Öz profili ilə

 "Savalan Talıblı  vay vay vay nece incitdi menim sozlerim seni" yazdı. 


Vüsalə Əliyeva haqqında məktəbdən çox ciddi faktlar əldə etmişik. İlkin olaraq onu deyə bilərəm ki , Vüsalə Əliyeva anasının direktor olduğu məktəbdə mühasib kimi çalışır. Oranın müəllimlərinin dediyi kimi Vüsalə Əliyeva mühasibatlıqdan anlayışı olmayan adamdır. Hətta aldığım məlumata görə Təhsil Nazirliyinin əməkdaşları məktəbdə yoxlama aparanda Vüsalə Əliyevanın mühasibatlıqdan anlayışı olmadığına şahid olublar. Bahar Kərimovanın gözlə görünən qanunsuz əməllərindən biri də qızını öz direktor olduğu məktəbdə işə götürməsidir. Bundan əlavə Vüsalə Əliyeva Təhsil Nazirliyinin əməkdaşları məktəbdə yoxlama aparanda onlarla kobud rəftar edib. Bu da nazirliyin tərtib etdiyi aktda öz əksini tapıb. 


Direktorun qızının yazdığı rəyə görə sosial şəbəkə vasitəsi ilə müraciət etdim. 


Savalan Talıblı daha sonra bildirib ki , bir korrupsioner , lal və karların haqqını yeyən  direktoru ifşa etdiyim üçün direktorun qızı bununla barışmır. Bu da təbiidir. Necə deyərlər "çörək" ləri ordan çıxırdı.  Amma sizin sayt vasitəsi ilə Bahar Kərimova və onun qızı Vüsalə Əliyevaya demək istəyirəm ki , saxta profillə hücuma keçmək , xadimə və dayələri öyrədib rəy yazdırıb , özünü müdafiə etdirmək əsassızdır. Necə deyərlər görünən dağa heç zaman bələdçi lazım olmur. Yaxın vaxtlarda Vüsalə Əliyeva barədə bizə təqdim olunan çox ciddi faktları mətbuatda oxuculara təqdim edəcəyik.




Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

Saxta diplom məsələsi ilə bağlı müəyyən irəliləyişlər var. 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur.

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

VMA-nin “Valideynləri tanıyaq, müəllimlərə dəyər verək, uşaqlara dəstək olaq”adlı tədbiri

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Hesab edirəm ki, gələcəkdə bu tipli problemlərin yaranmaması üçün valideynlər də diqqətli olmalıdırlar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

"Biz ancaq  facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"

"Biz ancaq facebookda söyüş qrupu yaradıb cammatı fake profillə söymək işinə baxırıq"

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Bu gün Milli Hüquq evində Direktor.az saytının rəhbəri Elşən Qafarov jurnalist tələbələr ilə görüş keçirib.

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

"Sevmədiyin iş sevmədiyin adamla ömür etmək kimi bir şeydir"....Könülsüz "peşəkarlar"

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

TƏŞKİLAT  SAATI  VƏ  ONUN TƏŞKİLİ  YOLLARI

TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI