AzTehsil.com


Xəbərlər / Saglam həyat
05 may 2022
1 272


Xoşbəxtlik hormonu Oksitosini necə artırmalı? - 7 ÜSUL




Oksitosin beyində həyatdan zövq, xoşbəxtlik hisslərini yaradan hormondur.


Oksitosin həm də doğuş hormonu adlanır. Qadın övladını dünyaya gətirəndə ana ilə körpə ilk dəfə bir-birinə təmas edəndə həm uşaqda, həm anada bu hormon 100 qat artır.


Stresli vəziyyətlərdə, dünyadan üz döndərəndə bu hormonu artırmaq üçün mümkün olan hər bir şeyi sınamalısız.

Bakupost oksitosini artırmağın 7 yolunu təqdim edir.


1. Qucaqlaşın - qucaqlaşma bu hormonu 2 qat artırır. Amerikalı psixoloq Pol Zak gündə ən azı 8 dəfə qucaqlaşmağı tövsiyə edir. Qucaqlaşdığın insan doğma, yad ola bilər. Eləcə də ev heyvanını qucaqlaya bilərsiz.


2. Ünsiyyətdə olun, söhbət edin - doğmalar, dostlarla canlı ünsiyyət bu hormonu hasil edir.


3. Masaja gedin - yüngül, rahatlaşdırıcı relaks masaj bədəndə bu hormonu artırır.


4. Ev heyvanı saxlayın - ona qarşı qayğı beyini rahatladır.


5. Torpağa toxum səpin - bu beynin kimyasını dəyişir. Elə ki, özünüzü enerjisiz hiss etdiz, bitki, toxum əkin.


6. Şokolad yeyin, şərbət için - çalışın bunlar təbii olsun.


7. Mahnı oxuyun - xoş bir mahnını zümzümə edib iş görmək və ya gəzmək də bu hormonu artırır.




Загрузка...