Gənclərin TikTok bəlası: Yeniyetmənin döyülməsilə bağlı araşdırma başladıldı
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.
Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, "TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb./xezerxeber.az