Qazax Müəllimlər Seminariyasının tarixi binası təmir olunur
“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası həyata keçirilir”.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sözügedən yenidənqurma işləri Seminariyaya yaxın yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa hamamına da şamil edilir.
“Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocağı kimi fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək, ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək”, - məlumatda vurğulanır.Oxu.az
100 yaşlı maarif işığı
“Qazax Müəllimlər Seminariyası”nın ən son vəziyyəti - Direktordan giley
Səbail rayonunun məktəblərində təmir işləri aparılır
Qazaxda “Novruz mühazirəsi” keçirilir
Ermənilər Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri aparıblar – RƏSMİ + FOTO
Bu məktəblərdə islahatlar aparılacaq - Nazirlikdən AÇIQLAMA
Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı
180 şagird yerlik yeni məktəb binası
“Rəhmətlik demirik, amma bir kərə, Milləti ucaldan rəhmətliklərə...” – II yazı
MEK-ə “Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı” adlı kataloq daxil olub
Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu
Bakıda hazırda 2 yeni məktəb tikilir, 13-ü isə əsaslı təmir olunur – Ən son rəsmi statistika
“Muzeylər və Nizami irsi” adlı virtual Beynəlxalq proqrama start verilib
Yeni tədris ilinin əvvəlinə 43 məktəb binası
Qazaxda köhnə məktəb binası yenisi ilə əvəz olunub - VİDEO
Bakıda fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb
Prezident Gəncədəki orta məktəbdə oldu
Paytaxtda 8 yeni məktəb binası inşa olunur
Təhsil naziri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində olub
2020-ci ilin sonuna kimi 102 məktəb binası istifadəyə veriləcək
Yeni məktəb binası istifadəyə veriləcək
Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
Laçının işğalından 28 il ötür
Məktəblilər üçün muzey həftəsi keçirilib