Nazir: “Hər il 400-ə yaxın şəxs xaricdə təhsil ala biləcək” - CANLI YAYIM
“Dörd il ərzində hər il 400 nəfərə yaxın şəxs xaricdə təhsil ala biləcək”.
Bunu təhsil naziri Emin Əmrullayev gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün təsdiqlənən Dövlət Proqramı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
Nazir bildirib ki, 2 min nəfərədək şəxs qeyd edilən müddətdə təhsilini xaricdə davam etdirəcək:
“Ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək”.
O əlavə edib ki, tələbələrin xaricdə təhsil alması sentyabr ayından mümkün olacaq:
“Artıq tələbələr təhsil üçün müraciət edə bilərlər”