İkinci iş yerində müddətli müqavilə ilə çalışanlar da daimiləşə biləcək?- CAVAB
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə start verilir.
Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Bəs bu il ikinci iş yerində müqavilə ilə çalışanlara daimiləşmə imkanı veriləcəkmi?
Təhsil Nazirliyinin məlumatına əsasən, müsabiqə şərtlərini ödəyən bütün namizədlərin daimiləşməsi təmin olunacaq.
Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək.AzEdu.az