Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olundu
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul olunub. Bu barədə qərar AMEA-nın ümumi yığıncağında qəbul olunub.
AMEA-nın növbəti Ümumi yığıncağında prezident seçiləcək.
Bununla bağlı akademik Nizami Cəfərov məlumat verib.
O bildirib ki, növbəti iclasın tarixi və namizədlərin kimliyi hələ bəlli deyil:
“Ramiz müəllim istefa verdi. Əsas məsələ Akademiyanın taleyidir. Məqsədimiz odur ki, Akademiya fəaliyyətini davam etdirsin”.
AMEA-da prezident vəzifəsini Akademiyanın birinci vitse-prezidenti Arif Həşimov icra edəcək.