AMEA-nın iki institutuna yeni direktor seçiləcək
Oktyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif olunmuş Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyevə "Şöhrət" ordenini, kimya üzrə elmlər doktoru Elmira Süleymanovaya, akademiklər Vasim Məmmədəliyev və Arif İsmayılzadəyə, AMEA-nın müxbir üzvü Çingiz Əliyevə AMEA-nın Fəxri Fərmanını təqdim edib.
Aztəhsil.com xəbər verir ki, iclasda kadr məsələlərinə də baxılıb. AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə rəis təyin edilib. Bu vəzifəyə Fikrət Feyziyev təyinat alıb.
İclasda bildirilib ki, Botanika və Dendrologiya institutlarının direktorlarının səlahiyyət müddəti bitib. İclasda həmin institutlara direktor seçkilərinin keçirilməsi qərara alınıb.