AzTehsil.com


Xəbərlər / Müəllim / Ziyalılar
08 fevral 2022
1 385


Təhsil Şurasının təsisçisi və ilk sədri olmuş professor Əjdər Ağayevin yolunu davam etdirəcəyik...




Təhsil Şurası ictimai birliyi 1998-ci ilin sentyabr ayında keçirilən Azərbaycan müəllimlərinin XI qurultayında yaradılmışdır. 


Yaradıldığı ilk gündən vəfat etməsinə qədər Şuranın sədri olmuş professor Əjdər Ağayev eyni zamanda, ictimai birliyin təsisçilərindən biri olmuşdur. Təhsil Şurasının çəkisi də, nüfuzu da Əjdər müəllimin adı ilə birbaşa bağlı olmuşdur. Təsadüfi deyildir ki, ölkənin təhsil siysətinin formalaşdırılmasında bilavasitə Təhsil Şurasının rəyi daim nəzərə alınmışdır.




Təəssüflər olsun ki, professor Əjdər Ağayevin səhhətində yaranmış problemləri fürsət bilənlər Təhsil Şurasını ələ keçirmək və öz məqsədləri üçün istifadə etməyə çalışmışlar...

Bütün bu sadaladıqlarımız 29.09.2021-ci il tarixində Səbail rayon məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə keçirilmiş məhkəmə prosesində də öz təsdiqini tapmışdır: “Bu məqsədlə Mehdi-zadə Samir Birliyin idarəçiliyini öz əlinə keçirtmək və öz maraqları üçün istifadə etmək məqsədi ilə özünün təşəbbüsü ilə guya təşəbbüs qrupu yaratmış və bir çox Birliyin üzvü olmayan şəxsin iştirakı ilə iclas keçirmiş və 25.02.2021-ci il tarixə Ümumi Yığıncağın keçirilməsi barədə qərar qəbul etmişlər. 25.02.2021-ci il tarixdə “ZOOM” proqram vasitəsilə Mehdi-zadə Samir Ramiz oğlunun sədrliyi ilə saxta Ümumi Yığıncaq keçirilmiş və qərarlar qəbul edilmişdir. Birliyin üzvlərinin sayı 144 deyil, 229 nəfər olmuşdur. Həmin 85 üzv Birliyin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərar əsasında qəbul olunmuşlar. Belə ki, Ümumi Yığıncağın keçirilməsi üçün yetərsay olmamışdır və protokola əsasən cəmi 72 nəfər iştirak etmişdir. Həmin Yığıncağın gündəliyində olan 2-ci məsələ Birliyin İdarə Heyətinin 27.01.2018-ci il tarixli 1 nömrəli və 12.11.2018-ci il tarixli 2 nömrəli iclas protokollarının və onların əsasında qəbul edilmiş yekun qərarların etibarsız hsab edilməsi olmuşdur ki, Nizamnaməyə əsasən Birliyin Ümumi Yığıncağının İdarə heyətinin belə bir səlahiyyəti olmamışdır. Bundan başqa 25.02.2021-ci il tarixdə keçirilmiş Ümumi Yığıncaqda birliyin üzvü olmayan şəxslər iştirak etmişlər. Bu yollarla cavabdehlər süni say artırmışlar.”


Onu da mütləq qeyd etmək istərdik ki, 27.01.2018-ci il tarixində keçirilmiş iclasda fürsətkarlar özləri də iştirak etmişlər.

Ədalətlə verilmiş Məhkəmə Qətnaməsinə görə “Təhsil Şurası” İctimai Birliyinin Ümumi Yığıncağının 25.02.2021-ci il tarixli protokolu və onun əsasında qəbul edilmiş yekun qərarlar etibarsız hesab edilmiş və iclasın nəticələri ləğv edilmişdir.


Məqsədlərinə çatmaq yolunda maneəyə çevrilmiş ƏDALƏTLİ QƏRARla heç cür razılaşmayan fürsətkarlar Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişlər. 


25.01.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində Qürbət Ağa oğlu Əsgərovun sədrliyi keçirilmiş məhkəmə prosesində iddiaya qiymət verilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 


Cavabdeh “Təhsil Şurası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mehdi-zadə Samir Ramiz oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin.

Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2268/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.


Sonda istəyimizə nail olsaq da, özündə cürət tapıb məqamında sözünü deməyi, müəllimlik ləyaqətini qorumaq əvəzinə məhkəmələrə müraciət etməyi üstün bilənlər son 3-4 ildə Təhsil Şurasının adını qalmaqal obyektinə çevirmişlər. 


Məqaləni yazmaqda məqsədimiz əsl müəllim olaraq cəmiyyətimizin və təhsilimizin inkişafına pedaqoji üsulları əsas tutub xidmət etməkdir.


Təhsil Şurasının təsisçisi və ilk sədri olmuş professor Əjdər Ağayevin yolu yolumuzdur və bu yol sonuna qədər qorunacaq...


 İbrahimov Arif Gürşad oğlu





Загрузка...
Həmçinin oxuyun:
Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil

Prosesi gərginləşdirmək vəziyyətdən çıxış yolu deyil

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

"Sözün bütün mənalarında əsil Azərbaycan ziyalısı, el ağsaqqalı idi"-Nadir İsrafilov

“Müəllimlər müəllimi” filmi təqdim olunub

“Müəllimlər müəllimi” filmi təqdim olunub

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

AzMİU-da “İnşaat mühəndislərinin peşə inkişafına yardım” İB-nin təqdimat mərasimi keçirildi

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb

İctimai Şuranın sədri kişi müəllimlərinin sayının az olması səbəblərindən danışıb- Video

İctimai Şuranın sədri kişi müəllimlərinin sayının az olması səbəblərindən danışıb- Video

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

Nəyə görə təhsilin yuxarı idarəetmə orqanları özlərindən nisbətən aşağı olan idrəetmə orqanlarına etibar etmirlər?

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

"Biz illərdir məhz belə idarəetmə mexanizmi arzulayırdıq"

Sahil Babayev rektorun oğluna yüksək vəzifə verdi

Sahil Babayev rektorun oğluna yüksək vəzifə verdi

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

Gürcüstanın təhsil naziri Azərbaycana səfər edəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib

Təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədr seçilib

"Universitetlərin bağlanmasında ziyanlı bir şey yoxdur"

"Universitetlərin bağlanmasında ziyanlı bir şey yoxdur"

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək  ,müavin və məsul katib bilinəcək

Təhsil Nazirliyi yanında İctimai Şuraya sədr seçiləcək ,müavin və məsul katib bilinəcək

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Təhsil Şöbəsinin müdiri rüşvət əməliyyatından danışıb: “Məcbur idim” -VİDEO

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

Nazir müavini BMU-nun mütəxəssis hazırlamaq potensialından danışıb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

İlahiyyat İnstitutunun rektoru İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

ELM, TƏHSIL, İSTİQLAL CARÇISI – Hacıbaba Əzimov

İctimai Şuranın növbəti iclası keçirilib

İctimai Şuranın növbəti iclası keçirilib

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

Məleykə Abbaszadənin vəfat edən qızının yerinə TƏYİNAT - FOTO

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Salyanda vətəndaşları qəbul edib

Direktorlar Şurasının ilk iclası

Direktorlar Şurasının ilk iclası

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib