Xəbərlər / Müəllim
07 fevral 2022
572


Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb


Paytaxtdakı 45 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.


"Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur", - məlumatda deyilir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: