Bakıda daha bir məktəb distant təhsilə keçdi
Paytaxtdakı 212 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Belə ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.