Bakıda koronavirusa görə bağlanan məktəbdə distant təhsil müddəti uzadıldı
Paytaxtdakı 45 nömrəli məktəbdə distant təhsilin müddəti daha 7 gün uzadılıb.
Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd edək ki, 45 nömrəli tam orta məktəbin fəaliyyəti yanvarın 24-dən distant təhsil formasında davam etdirilir.
Belə ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID-19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı 45 nömrəli tam orta məktəbdə əyani tədris prosesinin distant təhsillə əvəz olunmasına qərar verilmişdi.