Əməkdar Müəllimin Cavabsız Qalan Məktubları-Şikayət
Bir neçə gün öncə Xəbəral.az saytı vasitəsi ilə Ağsu təhsilində tüğyan edən rüşvət və Ağsu şəhər 3 saylı məktəbdə olan çəkişmələr haqqında sizlərə geniş məlumat vermişdik.
Belə ki, Ağsu rayon sakini Azərbaycan dili və Ədəbiyyat dərsini tədris etmiş əməkdar müəllimə Şirmayi Cabbarovanın pozulmuş ziyalı hüququ hələ də Təhsil Nazirliyi tərəfindən bərqarar olmamışdır.
65 yaşı tamam olub, lakin Ağsu rayon Təhsil şöbəsi rayon 3 saylı tam orta məktəbi ,3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli qərarına məhəl qoymamasının tək səbəbkarı Təhsil Nazirliyidir.Nazirlik öz verdiyi qərarı inkar edir.
Əslində Nazirliyin müvafiq qərarına əsasən Şirmayi Cabbarova 65 yaşı tamam olduqdan sonra əlavə 5 il müddətinə müqavilə bağlayıb həmin məktəbdə işləyə bildiyi halda, əməkdar müəllimənin müraciətləri cavabsız qalıb.
Dəfələrlə aidiyyatı qurumlara, xüsusən Təhsil Nazirliyinə müraciət olunsa da, sanki, bu nazirliyin özü, öz işinə artıq xitam verib.65 yaşlı əməkdar müəlliməni get-gələ salan Təhsil Nazirliyi onlara ünvanlanan məktubları aidiyyatı üzrə göndərərək öz işlərini bitmiş sayır.
Əməkdar müəllimə Şirmayi xanım bizə bildirdi ki, artıq onun çıxış yolu yoxdur, təklənib.Neçə illik müəllim hüquqları pozulub.Çünki Təhsil Nazirliyi əməkdar müəllimə ilə qərəzli və açıq şəkildə prinsip aparır.
Necə deyərlər? “Divardan, daşdan səs çıxır amma Təhsil Nazirliyindən yox”!
Çünki 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə qərəzli açıq şəkildə prinsip aparır.Altı nəfər eyni fənn üzrə dərs tədris edən müəllimləri öyrədərək regional mərkəzə əməkdar müəllimənin əlehinə ərizə yazdırıb.Gör necə biabırçılıqdır ki, Məktəbin drektoru, əməkdar müəlliməyə deyir ki, gəl özün müəllimləri ələ al səninlə müqavilə bağlamağıma razı olsunlar.
Təhsildə ki, rüşvət bununla bitmir.3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən təmin olunan İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarına qış mövsümü ilə əlaqədar olaraq odun və dizel yanacağı üçün xərc ayrılıb. Lakin kağız üzərində. Həmin sənəd imzalansa da, sözügedən vəsait təyinatı üzrə xərclənməyib və mərkəz rəhbərliyi tərəfindən mənimsənilib. Adı gedən qurumun rəhbərliyinin qanuna zidd olan əməlləri sayəsində həmin rayonlarda qış fəslini yola vermək üçün orta məktəblərdə elektrik qızdırıcılarından istifadə olunur ki, bu da dövlət büdcəsinə vurulan növbəti zərbədir.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda haqqında söhbət gedən quruma rəhbərlik edən E. Cavadov burada saysız maliyyə maxinasiyalarına yol versə də, nədənsə Təhsil Nazirliyi hələ susur. Görünməmiş rəzalətlər yaşanan bu qurumda korrupsiya , dövlət əmlakını talama halları baş alıb gedir.
Rüşvət yığımına necə baş qarışıbsa əməkdar müəllimə Şirmayi Cabbarova aidiyyatı üzrə göndərdiyi məktubları cavabsız qalıb.
Heç bir nəticə nədə ki, cavab yoxdur.
Xatırladaq ki, sözü gedən məsələ ilə bağlı Ağsu rayon Təhsil şöbəsi və rayon 3 nömrəli məktəbin direktoru ilə əlaqə saxladıq.Rayondan saytımıza bildirdilər ki, bizim bu işdə heç bir günahımız yoxdur.Nazirlik qərar verir biz heç kəsi işə götürə bilmirik.Bizim Şirmayi müəlliməyə hörmətimiz sonsuzdur.
Yəqin ki, inşallah işi düzələr!
Ümüd edirik ki, Təhsil Nazirliyi, Azərbaycan təhsilinin inkişafı üçün gecə-gündüz çalışan əməkdar müəllim Ağsu rayon sakini Şirmayi Cabbarovanın səsinə səs verib, pozulmuş olan hüquqlarının bərpasına nail olacaqlar.