Təhsil naziri Azərbaycan Uşaqlarının V Ümumrespublika Forum iştirakçılarının bir qrupu ilə görüşüb
Noyabrın 15-də təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlardan bir qrupu ilə görüşüb.
2009-cu ildən təşkil edilən və artıq ənənə halını alan Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunan Emin Əmrullayev görüş zamanı uşaqların inkişafında təhsilin önəmindən danışıb.
Təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərinə toxunan nazir görüş iştirakçılarının bu mövzuda suallarını cavablandırıb.