Gürcüstanda uşaq poliklinikasının reanimasiya şöbəsi xəstələrlə doludur
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Sisişvili uşaq poliklinikasının reanimasiyasında çarpayı yerləri tamamilə dolub.
Bu barədə poliklinikadan məlumat verilib.
Klinikanın tibbi direktoru Maya Çxaidzenin sözlərinə görə, respublikada uşaqlar arasında koronavirusa yoluxma halları kəskin artıb, nəticədə poliklinikaya müraciət edənlərin sayında da kəskin artım müşahidə edilir.
Məlumat üçün qeyd edək ki, son rəqəmlərə əsasən, Gürcüstanda 752 855 nəfərin COVID-19-a yoluxduğu aşkar edilib, 10 435 nəfər pandemiyanın qurbanı olub.
Mənbə: Imedi