Kimya fənni üzrə imtahan proqramları müzakirə olunub
Kimya fənni üzrə işçi qrupun iclası keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iclasda kimya fənnindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və hərbi liseyə qəbul imtahanları üçün proqramlar müzakirəsi edilib.
Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan 7-11-ci sinif dərslikləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdə uyğunsuzluq, mübahisəli məqamlar proqramlarda nəzərə alınıb.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qrupun növbəti iclası noyabrın 16-da keçiriləcək