Xəbərlər / Müəllim
21 sentyabr 2021
1 882


Məktəbin direktoru: “Karantin qaydasını pozduğu üçün müəllimə töhmət verəcəyik”

 

"Bu hadisədən mənim xəbərim olmayıb. Bunu o, öz izahatında da göstərib. Məni də Sumqayıt Şəhər Polis İdarəsinə çağırmışdılar. Mən də izahatımda bundan xəbərimin olmadığını göstərmişəm”.

Bunu Oxu.Az-a "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov deyib.

Sumqayıt Şəhər Polis İdarəsi 12-ci mikrorayon ərazisindəki yaşayış binasının zirzəmisində fəaliyyət göstərən idman zalında karantin qaydalarının pozulması faktını aşkarlayıb. Orada 80-ə yaxın boksçunun iştirak etdiyi məlum olub.

Nəticədə "Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, Əməkdar məşqçi Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən "Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

Boks üzrə Olimpiya mükafatçısı olmuş Fuad Aslanov qaydaların pozulduğunu və məktəbin müəllimi Anar Baxışov barədə intizam tədbiri görəcəklərini bildirib:

"Əslində bu, yarış olmayıb. Sadəcə olaraq, dünən digər idman klubunun boksçuları ilə "sparrinq” görüş olub. Karantin qaydalarına zidd olaraq, çoxlu sayda idmançı orada iştirak edib.

Boks məşqçimiz özbaşına hərəkət edib. Mən də onun üçün bir tədbir görəcəyəm. Onun işdən çıxarılmasından söhbət getmir. Çünki Anar Baxışov Əməkdar məşqçidir, Avropa mükafatçısının müəllimidir. Sadəcə olaraq, məktəbin Pedaqoji Şurasında onun bu hərəkətini kafi qiymətləndirəcəyik və töhmət verəcəyik”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Boks üzrə respublika birinciliyi

Boks üzrə respublika birinciliyi

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

“Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri Avropa çempionatında uğur əldə edib

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sambo üzrə açıq birincilik başa çatıb

Sambo üzrə açıq birincilik başa çatıb

Uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğur

Uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyində uğur

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

Şahmat üzrə onlayn respublika birinciliyi keçirilib

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

15 min şagirdin məktəbdənkənar fəaliyyəti onlayn şəkildə təmin olunub

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

“Təhsil” Respublika İdman Mərkəzinin şahmatçısı dünya çempionu olub

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası ölkə birincisi olub

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

"Təhsil” Respublika İdman Mərkəzinin yetirmələri “EYOF Bakı 2019”-da qızıl medal qazanıb

Respublika çempionatının zona yarışları davam edir

Respublika çempionatının zona yarışları davam edir

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Cüdo üzrə beynəlxalq “Təhsil Kuboku” başa çatıb

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Şahmat üzrə respublika birinciliyinin final mərhələsi

Dama üzrə onlayn respublika turniri keçirilib

Dama üzrə onlayn respublika turniri keçirilib

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Respublika çempionatının zona yarışlarına yekun vurulub

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Məktəblilərin Bakı şəhər birinciliyi keçirilib

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi

Karantin qaydalarını pozan təhsil müəssisəsinin rəhbəri həbs edildi

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru

Şahmat üzrə zona yarışında Şabran rayon Uşaq-Gənclər Şahmat Məktəbinin uğuru