AzTehsil.com


Xəbərlər / Magistr
07 iyun 2021
1 140


"Baş verənlər bizə qarşı haqsızlıqdır" - Şikayət ,sədr müavinindən açıqlama



"Baş verənlər bizə qarşı haqsızlıqdır" - Şikayət ,sədr müavinindən açıqlama

 

Tələbələr magistratura imtahanlarına qoyulan hər fənn üzrə minimal keçid ballarının ləğv olunmasını istəyirlər.

Bu barədə şikayətlə  müraciət edən tələbələr imtahanda yüksək nəticə əldə etməklərinə baxmayaraq, 1 fənndən nisbi bal çatışmadığına görə növbəti mərhələyə buraxılmadıqlarını bildiriblər:

"Pandemiyada kurslar fəaliyyət göstərməyib, hazırlığa getməyən xeyli sayda tələbə var. Öz zəhmətimizlə hazırlaşıb bal toplamışıq. Magistr imtahanın hər ikisində iştirak etmişik. Birinci dəfəkində limitləri keçməyimizə baxmayaraq, balımız ikinci imtahandan az olub. İkinci imtahanda ingilis dilindən limit 5 baldır. Əksəriyyətimizdə isə 4-dür, bir bala görə qalmışıq ortada. Şikayət edən tələbələr çoxdur. Əziyyətimiz kənarda qalıb. Tələb edirik ki, nisbi bal keçən il ləğv olunduğu kimi, bu ildə ləğv olunsun. Çünki baş verənlər bizə qarşı haqsızlıqdır. Əgər tələbə müvafiq ixtisas üçün lazım olan balı yığıb əvəzində isə minimal fənn üzrə bir balla kəsilirsə bu nə dərəcədə düzgündür? Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi bu məsələyə göz yummamalı, tələbələrin kəsilməsinə şərait yaratmamalıdır. Bu cür hallar davam etsə, bir müddətdən sonra ölkəmizdə ixtisasını sevən, peşəsinin mütəxəssisi olan gənclər və gələcək kadrlar məhv olacaq. Bu məsələyə aidiyyəti dövlət orqanlarının ciddi yanaşıb düzgün qərar verməsi vacibdir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert Nadir İsrafilov saytımıza açıqlamasında qeyd edib ki, bu, müsabiqəyə buraxılan iştirakçıların sayından və ayrılan plan yerlərinin tutulub-tutulmamasından asılıdır:

"Magistraturalara qəbul bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda əldə etdikləri nəticələrə əsasən, DİM tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. İmtahanda bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunur. Bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə onların imtahandan topladıqları bal əsasında aparılır. Bakalavr hər iki imtahanda iştirak etdiyi halda müsabiqədə öz istəyinə əsasən birinci və ya ikinci imtahandan topladığı balla iştirak edir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Göründüyü kimi, ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutan və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verən, ali təhsilin ikinci pilləsi olan magistratura təhsilinin tətbiqi və təşviqi üçün mümkün olan müvafiq addımlar atılır.

O ki, qaldı magistratura imtahanlarında pandemiyanın yaratdığı fəsadlar üzündən lazımi hazırlıq keçə bilməyənlərə, növbəti mərhələyə buraxılmaları üçün nisbi balın bağışlanmasına və onlara müəyyən güzəştlər edilməsinə, bu kimi halın bəri başdan proqnozlaşdırılması və kimlərinsə arzu-istəklərinin nəzərə alınıb-alınmayacağına təminat verilməsi o qədər də real görünmür. Bu, daha çox müsabiqəyə buraxılan iştirakçıların sayından və bu sahəyə ayrılan plan yerlərinin tutulub-tutulmamasından asılıdır. Əlbəttə, ixtisaslaşma prosesində önəmli yer tutan ali təhsil səviyyəsinin ikinci pilləsi olan magistratura təhsilinə gəncləri stimullaşdırma baxımından mövcud vəziyyətin, onların mənafeyin imkan daxilində nəzərə alınması arzuolunandır”.




Загрузка...
Həmçinin oxuyun:
Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul olmaq istəyənlər üçün növbəti şans: Qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlər üçün növbəti şans: Qeydiyyat başlanır

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistraturaya sənəd qəbulu elan edilir

Magistraturaya sənəd qəbulu elan edilir

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

DİM Ümumi təhsil bazasından kolleclərə tələbə qəbulu elan edib

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə qruplar üzrə müsabiqə şərtləri açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

DİM kolleclərə 9 sinif bazasından tələbə qəbulu elan edir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlanır

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

Müsabiqə şərtini ödəyən abituriyentlərin sayı açıqlanıb

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir

İki ixtisas üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb - VİDEO

İki ixtisas üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb - VİDEO

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Magistraturaya proqram seçimi başladı - Qaydalar

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

DİM: Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edilib

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

9 abituriyent qəbul imtahanından maksimum bal topladı

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarında balların hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

DİM abituriyent və subbakalavrlara müraciət etdi

DİM abituriyent və subbakalavrlara müraciət etdi