Müəllimlərin sertifikasiyası keçiriləcək? - AÇIQLAMA
Pandemiya şəraiti ilə əlaqədar olaraq müəllimlərim sertifikasiyasının yaxın 3 ay ərzində keçirilməsi planlaşdırılmır.
Bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.
O bildirib ki, bu səbəbdən əvvəlcədən elan verilməsini də düzgün hesab etmirik:
"Amma sertifikasiyanın il ərzində hansısa bir qrup üzrə keçirilməsinə ümid edirik. Bu ya ixtisas üzrə ola bilər, ya hansısa coğrafi amil üzrə bölgələri əhatə edə bilər və ya ikisinin kəsişməsi də ola bilər. Məsələn, ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin müəyyən bölgələrdən sertifikasiyaya cəlb edilməsi ola bilər.
Sertifikasiya prosesi qəfil ola bilməz, əvvəlcədən məlumat veriləcək. İnanırıq ki, payız aylarında bunu keçirə biləcəyik. Pandemiya olduğu üçün bu proses yubanır. Biz düşünürük ki, sertifikasiya müəllimlərin daha da təkmilləşməsinə kömək edən amildir və bu, bizə müəllimlər barədə daha düzgün qərar verilməsinə kömək edir”.
Məktəblərdə kiçik və böyük summativlər birləşdiriləcək - RƏSMİ
Direktorlar üçün müsahibə mərhələsinin vaxtı məlum oldu
Müəllimlərin sertifikasiyası ilə bağlı RƏSMİ AÇIQLAMA
Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI
Təhsil naziri: “Güzəştlər hər kəsə şamil edilə bilməz”
Nazir: “Ucqar kənd müəllimlərinə imtahan zamanı əlavə ballar veriləcək”
Ceyhun Bayramov: “Müəllimlərin sertifikasiyasına oktyabr -noyabr aylarından etibarən start verilməsi nəzərdə tutulur”
Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər
Təhsil naziri pandemiya dövründə tədrisin təşkili ilə bağlı sualları cavablandıracaq
Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?
Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub
Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir – RƏSMİ
Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq
Kənd müəllimindən çağırış: “Sertifikasiya ilə bağlı deyilənlər yanlışdır, kursların “pul oyunudur”, aldanmayın!”
Nazir müəllimlərin sertifikasiyasının gecikməsinə aydınlıq gətirdi
Nazir canlı yayımda sualları cavablandıracaq - FOTO
Nazir: “Birinci sinfə qəbul pandemiya şəraitindən asılı olacaq”
Övladlarının fevralın 1-dən ənənəvi təhsilə qayıtmasını istəməyən valideynlər özləri qərar verəcək
Müəllimlərin işə qəbulu pandemiya şəraiti nəzərə alınmaqla müvafiq təlimata uyğun təşkil ediləcək
Emin Əmrullayev: “Təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir”
Müəllimlərin iş saatı direktorların şərti bölgüsü ilə müəyyən olunur
Bağçaların fəaliyyəti nə vaxt bərpa ediləcək?
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu müsabiqəsi bölgələrdə də keçirilə bilər