AzTehsil.com


Xəbərlər
24 fevral 2021
1 292


Badamdarda zəhərlənən beş gəncdən daha biri tələbə olub



 

Ötən gün Badamdar qəsəbəsində evdən meyiti tapılan beş nəfərdən daha biri tələbə olub. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Texniki Universitetinin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat verib. 

Onun sözlərinə görə, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan beş nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin II kurs tələbəsi olub:
 
"Ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirən Ş.Allahverdiyev, əlaçı magistrant olub. AzTU-nun rəhbərliyi və kollektivi Şikar Allahverdiyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir". 

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumatda, ilkin ehtimal olaraq hadisəyə səbəb kimi dəm qazından zəhərlənmə qeyd olunub. 




Загрузка...
Həmçinin oxuyun: