Xəbərlər
08 fevral 2021

Azərbaycanın bu universitetlərdə dərslər bərpa olunmayacaq - SİYAHI

 

Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Onlardan biri də Bakı Slavyan Universitetidir. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov deyib ki, universitetdə tədris bərpa olunmayacaq.

O bildirib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib: "İclasda məsləhətləşmələr apardıq. Qeyd olundu ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bizim universitetdə də xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Düzdür, biz qarışıq dərs cədvəli də hazırlamışdıq, amma tövsiyə olundu ki, sanitar-epidemioloji vəziyyəti gərginləşdirməmək üçün tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Əgər epidemioloji vəziyyət yaxşılaşsa, aprel-may-iyun aylarının əvvəllərində tələbələri dəvət etmək olar”.

"4-cu kursda pedaqoji təcrübəyə getməli olan tələbələrimiz var. Məktəblərdə dərslər də başladığına görə, həmin tələbələri qarışıq şəkildə təcrübəyə göndərmək istəyirik. Bunun üçün Təhsil Nazirliyinə müraciət etmişik. Çox güman müsbət cavab veriləcək, biz də təşkil edəcəyik”, - T.Cəfərov əlavə edib.

Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdiriləcək.

"Tələbələrimiz dərsə gəlməyəcəklər. Təhsil Nazirliyinin qərarında da var ki, praktik şəkildə dərsdə iştirak edilməsi vacib olan ixtisasların tələbələri ənənəvi tədrisə keçəcək. Amma bizdə onlayn şəkildə davam edəcək".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov açıqlamasında bildirib ki, universitet dərsləri onlayn şəkildə davam etdirəcək.

"Məsələni Təhsil Nazirliyi ilə razılaşdırmışıq. Fevralın 15-də onlayn formada ikinci semestrə start verəcəyik. Vəziyyətdən asılı olaraq gələcəkdə ənənəvi tədrislə bağlı qərar verilə bilər”, - o vurğulayıb.Report.





Загрузка...
loading...

Həmçinin oxuyun:
Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq

Regionlarda yuxarı sinif şagirdləri üçün fevralın 8-də ənənəvi dərslər bərpa olunacaq

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərs fevralın 15-də bərpa olunacaq

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Bu gündən orta məktəblərdə əyani tədris bərpa olundu

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Ekspert: “Bədən tərbiyəsi, musiqi, dünya bilikləri fənlərinin tədrisini müvəqqəti məhdudlaşdırmaq lazımdır”

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Yanvarın 18-dən sonra Azərbaycanda ənənəvi dərslər bərpa oluna bilər?

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ənənəvi dərslərin martın 1-dən başlayacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Azərbycanda bu tarixdən məktəblər açıla bilər

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Dərslərin ənənəvi qaydada keçirilməsi mart ayına qədər gözlənilmir - Ekspert

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

Ali məktəblərdə karantin qaydaları necə qorunacaq? - SORĞU

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Dərs ili kim üçün nə vaxt başlayacaq: bağçalar, məktəblər, ali məktəblər - DƏQİQ İNFOQRAFİKA

Təhsilin bərpası ilə bağlı tövsiyə

Təhsilin bərpası ilə bağlı tövsiyə

"Müəllimlər və şagirdlər üçün internet pulsuz olsun" - TƏKLİF

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Nazir müşaviri ali və orta ixtisas təhsili pilləsinə aid olan qərarları izah edib

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Ali təhsil müəssisələrində imtahanlar onlayn və ənənəvi qaydada baş tuta bilər

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

ADNSU-nun onlayn tədrislə bağlı statistikası

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Slavyan Universitetindən problemli tələbələrlə bağlı - AÇIQLAMA

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Bakıdakı universitetlər: “Tələbələrimizə yer verə bilmirik” - PROBLEM

Yataqxana problemi və universitetlərin planları

Yataqxana problemi və universitetlərin planları

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Təhsil Nazirliyi: Yeni yaradılan Bakı Mühəndislik Universitetinin strukturu tam formalaşıb

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq

Qafqaz Universitetinin tələbələri üçün Bakı Mühəndislik Universitetində təhsil haqqı cari tədris ili üçün sabit qalacaq