AzTehsil.com


Xəbərlər / Müəllim
22 yanvar 2021
1 185


Spiker təhsil qanunvericiliyin təkmilləşməsi ilə bağlı hökumət nümayəndələrini topladı



 

"Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, müvafiq dövlət qurumlarının nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və ekspertlər iştirak ediblər.

Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub.

Bu baxımdan Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlib.

Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi - tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

"Mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında” qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib. Ali təhsil haqqında məsələlər "Təhsil haqqında” Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapmışdır. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki, bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında” qanun hazırlanır. "Əvvəllər belə bir qanun olmayıb”,-deyə spiker qeyd edib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İşçi Qrupun rəhbəri Bəxtiyar Əliyev bildirib ki, bu, işçi qrupunun ilk iclasıdır: "Bugünkü iclasın məqsədi təhsil sahəsi üzrə mütəxəssislərin fikirlərini dinləmək, mövcud vəziyyəti təhlil etmək və onların əsasında "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasıdır. Bununla bağlı biz beynəlxalq konvensiyaları, ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədləri, qanunvericiliyimizi və əmək bazarını təhlil etmişik. Bu gün səslənən fikirlər əsasında qanun layihəsinin ilkin variantı hazırlanacaq. İşçi qrupunun növbəti iclasında qanun layihəsinin ilkin variantı müzakirə ediləcək. Qanun layihəsi hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirələri keçiriləcək. Komitədə müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunacaq.

Sonra videokonfransda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan "Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir:

"Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır”.

Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib. E.Əmrullayev təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul, tələbə qəbulu prosesinin ümumi qaydaları haqqında təkliflərini səsləndirib. DİM sədri beynəlxalq imtahanlar haqqında, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bildirib. Məleykə Abbaszadə hazırlanacaq qanun layihəsində bir sıra anlayışların açıqlanmasının vacibliyindən danışıb, tələbə qəbulu sahəsində statistik məlumatları diqqətə çatdırıb.

Onlayn videokonfransda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri - İsa Həbibbəyli, Musa Qasımlı, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Kamilə Əliyeva, Şahin Seyidzadə, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov hazırlanacaq qanun layihəsi barədə qeyd və təkliflərini səsləndiriblər. Çıxış edənlər distant təhsil, elmi kadrların hazırlanması, təhsildə milli-mənəvi dəyərlər, bu sahədə qarşıda dayanan vəzifələr barədə fikirlərini bildiriblər.

Səslənən təkliflər əsasında  "Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanacaq və işçi qrupunun növbəti iclasında geniş müzakirə olunacaq.



Загрузка...
Həmçinin oxuyun:
Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Orta ümumtəhsil məktəbləri haqqında qanun layihəsi hazırlanacaq

Yeni qanun layihəsi hazırlanır

Yeni qanun layihəsi hazırlanır

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması bu şəxslərə həvalə olundu  - SİYAHI

“Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması bu şəxslərə həvalə olundu - SİYAHI

"Ümumi təhsil haqqında" qanun layihəsinin ilkin variantı hazırlandı

"Ümumi təhsil haqqında" qanun layihəsinin ilkin variantı hazırlandı

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Ali təhsillə bağlı qanun HAZIRLANIR

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Orta məktəblər haqqında qanun layihəsi hazırlanacaq - AÇIQLAMA

Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq

Azərbaycanda ali təhsillə bağlı yeni qanun layihəsi hazırlanacaq

Belə bir qanun indiyə kimi olmayıb

Belə bir qanun indiyə kimi olmayıb

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Tələbələrə şad xəbər -Kreditlərlə bağlı yeni qanun layihəsi hazırlanacaq

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

“Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Sabah “Ali təhsil haqqında” qanun müzakirəyə çıxarılır

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Tələbələrə ŞAD XƏBƏR - QANUN

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Ali təhsillə bağlı hazırlanacaq qanun bir neçə vacib məsələnin həllini nəzərdə tutur

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir