Xəbərlər
21 dekabr 2020
966


Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

Aztəminatlı əhaliyə veriləcək tələbə kreditlərinin həcmi bilindi - RƏSMİ

 

Növbəti ilin dövlət büdcəsindən tələbə kreditlərinin verilməsi üçün nəzərdə tutulan vəsaitin həcmi açıqlanıb.

 Maliyyə Nazirliyi tərəfindən təqdim edilən "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını təmin etmək və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə tələbə kreditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Eləcə də, bildirilib ki, 2021-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 25,9 milyon manat təşkil edəcək. Bu da 2020-ci illə müqayisədə 3,7 milyon manat və ya 16,7 faiz çoxdur.

Qeyd edilib ki, nəticə əsaslı büdcə mexanizminə keçid çərçivəsində təhsil sektorunun ortamüddətli dövr üçün strateji planı hazırlanıb və büdcə xərclərinin funksional təsnifatının "Təhsil” bölməsində nəzərdə tutulan vəsait bu planda əks olunan strateji hədəflərə nail olmaq məqsədilə 24 subproqramı və 111 tədbiri özündə birləşdirən 18 proqramın maliyyələşdirilməsi üçün ayrılıb.

Eyni zamanda, sözügedən sektorda nəzərdə tutulan proqramların illik icra vəziyyətini monitorinq etməyə və nəticələrini ölçməyə, eləcə də sərf olunmuş xərclərin səmərəliliyini, effektivliyini və nəticəliliyini qiymətləndirməyə imkan verən 121 monitorinq göstəricisi müəyyən edilib.  oxu.az 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Gələn il üçün təhsilə 3 197,0 milyon manat maliyyə vəsaitinin ayrılacağı nəzərdə tutulur

Gələn il üçün təhsilə 3 197,0 milyon manat maliyyə vəsaitinin ayrılacağı nəzərdə tutulur

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

Tələbə təqaüdləri ilə bağlı YENİLİK

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

2019-cu ilin büdcəsində təhsil xərcləri məlum oldu - 2 milyard 274 milyon manat

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ

Yanvar ayının 1-dən etibarən maaşınızdan pul tutulacaq - RƏSMİ

Müəllimlərin maaşı gələn il bu qədər ARTACAQ - PROQNOZ

Müəllimlərin maaşı gələn il bu qədər ARTACAQ - PROQNOZ

Qəbul imtahanları üçün DİM-ə 8 milyon vəsait ayrılıb

Qəbul imtahanları üçün DİM-ə 8 milyon vəsait ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Elm və təhsil xərcləri azaldılır

Elm və təhsil xərcləri azaldılır

Təhsil Nazirliyinə 7 milyon manat ayrıldı - SƏRƏNCAM

Təhsil Nazirliyinə 7 milyon manat ayrıldı - SƏRƏNCAM

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı

Ötən ilki təhsil xərcləri açıqlanıb

Ötən ilki təhsil xərcləri açıqlanıb

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

Prezident Təhsil nazirinə yeni səlahiyyətlər verdi — FƏRMAN

2019-cu il üçün elmə ayrılan məbləğ məlum oldu

2019-cu il üçün elmə ayrılan məbləğ məlum oldu

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Təhsildə çalışanlara daha çox pul ayrılıb: Tibb sektorunda isə azalma olacaq

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb

Beş rayonda modul tipli məktəblərin quraşdırılmasına 4,1 milyon manat ayrılıb

Şagirdlərin pulsuz dərsliklərlə təmini üçün büdcədən nə qədər vəsait ayrılacaq?-Təhsil-2020

Şagirdlərin pulsuz dərsliklərlə təmini üçün büdcədən nə qədər vəsait ayrılacaq?-Təhsil-2020

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Təqaüdlərin artımı bu şəxslərə şamil olunacaq - Nazirlik

Ötən il təhsil xərcləri 2,5 milyard manata çatıb

Ötən il təhsil xərcləri 2,5 milyard manata çatıb

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

Gələn ilin büdcəsində tələbə təqüdləri üçün vəsait azaldılıb

Ali təhsilə ayrılan vəsait açıqlandı

Ali təhsilə ayrılan vəsait açıqlandı

Prezident Bakıda məktəblərin inşa və təmirinə 40 milyon manat ayırdı

Prezident Bakıda məktəblərin inşa və təmirinə 40 milyon manat ayırdı

Bakalavriat və magistratura səviyyələrində təhsil xərcləri 30 faiz artırılıb

Bakalavriat və magistratura səviyyələrində təhsil xərcləri 30 faiz artırılıb