AzTehsil.com


Xəbərlər / Səhiyyə
10 dekabr 2020
3 954


Bu məsələ təcili həll olunmasa, ölüm sayı artacaq – Həkimdən həyəcan təbili - VİDEO



Bu məsələ təcili həll olunmasa, ölüm sayı artacaq – Həkimdən həyəcan təbili - VİDEO

 

COVİD-19-la bağlı ölkədəki vəziyyət göz önündədir. Hələ ki, xəstəliklə bağlı heç bir müsbət irəliləyiş yoxdur. Bildiyimiz müəyyən qabaqlayıcı tədbirlərdir ki, bununla yoluxmaqdan özümüzü bir qədər qoruya bilirik.

İlk yayıldığı günlərdə necə ki, maska qıtlığı yaşandı, qiymətlər qalxdı kəllə çarxa, indi də xəstəliyin müalicəsində istifadəsi vacib olan bəzi dərmanlar ərşə çəkilib. Apteklərdə nə "Kleksan” tapmaq olur, nə "Paracetamol”, nə də ki "Arbidol”. Bax bu vacib preparatlar tapılmır. Qiymətlər də ki üç-dörd dəfə bahalaşıb, gözünüz aydın.

ARB TV-nin efirində yayımlanan Xəbərlər proqramında məsələ ilə bağlı ətraflı süjet hazırlanıb.

Xəstəliyin çoxaldığı bir vaxtda apteklərimizdə indi də qandurulaşdıran və istilik salan dərmanlar yoxa çıxıb.

Sakin: "Arbidol" yoxdur, "Kleksan" da yoxdur. Hər gün apteklərə baxıram, bilmirəm nə olub. Həyat yoldaşım dializ xəstəsidir, yaşaya bilmir, olmasa öləcək".

Sakin: "Deyildi ki, "Paracetamol" qanın durulaşmasına müsbət təsir edir. Ona görə də hamı toplu şəkildə alır, qıtlıq yaranır. Ona görə də indi "Paracetamol" tapa bilmirəm”.

Kəmalə Quliyeva (Aptek müdiri): "Bu həftə "Arbidol", "Kleksan" adlı dərmanların olacağı gözlənilir. Depoda da yoxdur, demək olar ki, 10 gündür, yoxdur. Gətirilməsi üçün məlumat veririk, tələbnamə yazırıq, inşallah, gələcəyi gözlənilir”.

Ruhiyyə Bilalova (Əczaçı): "Kleksan" üçün çox müraciət edirlər, amma hal-hazırda bizdə yoxdur. Şəhərə gəlmir ümumiyyətlə. Gətirilməsi üçün depoya müraciət edirik, depoda da yoxdur. Bir aya yaxındır ki, yoxdur. Deyəsən, ölkəyə gətirilmir”.

Hətta süjetdə belə məcbur qalıb bir neçə ay əvvəl çəkdiyimiz görüntülərdən istifadə etməli olduq. Çünki görüntüsünü çəkmək istəsək də gəzdiyimiz heç bir aptekdə adıçəkilən dərmanlardan "var" deyən olmadı. Virus əleyhinə istifadə edilən bu dərmanlarla bağlı yaşanan qıtlığı həkimlər özləri də təsdiqləyir. Bu çətinlikdən isə ən çox əziyyət çəkənlər, təbii ki, evdə müalicəyə cəlb olunanlardı.

Aytən İsmayılzadə (Həkim): "Çünki bu dərmanlar yoxdur. Apteklərdə, əczaxanalarda bu dərmanlar yoxdur, verilməyib. Biz isə evdə ağırlaşıb qalan xəstələrə doğru-düzgün dərman tapıb verə bilmirik. Bu məsələ təcili surətdə həllini tapmazsa, ölüm sayı artacaq”.

Dərman qıtlığı ilə yanaşı bahalaşma da müşahidə edilir. Əvvəlki qiymətlərlə indiki arasında fərq kifayət qədər yüksəkdir.

Sakin: "Kleksan" adlı dərmanın əvvəl bir qutusu 9 manat 60 qəpik idi, indi 26-27 manatdır. Hətta son vaxtlar 35-40 manata qaldırıblar qiyməti”.

Ölkədə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətini Tarif Şurası tənzimləyir. Bu, o deməkdir ki, pərakəndə və topdansatış qiymətləri artıq müəyyənləşdirilən dərmanlar baha qiymətə satıla bilməz. Əks təqdirdə qanunu pozanlar qanun qarşısında cavab verməlidir.

Şahin Nağıyev (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri): "Dövlət qeydiyyatına alınmış və qiymətləri dövlət tərəfindən tənzimlənmiş dərman vasitələrinin qiymətlərinin fərqli qiymətə satışına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət vardır və həmin məsuliyyətə görə müvafiq hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunurlar. Burada hüquqi şəxslərə 3 min manatdan 5 min manatadək məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, hər bir aptek sahibi təsdiq edilmiş qiymətlərə əməl etməyə borcludur”.

Şahin Nağıyev deyir ki, xidmət bu sahədə mütəmadi monitorinq aparır. Dərmanların satışında qiymət artımı ilə bağlı quruma daxil olan bütün müraciətlər araşdırılır. Onu da qeyd edək ki, dövlət qeydiyyatına alınan bütün dərmanların rəsmi qiymətləri Tarif Şurasının, İqtisadiyyat Nazirliyinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Aptekə əlinizdə rəsmi qiymətlə də gedə bilərsiniz. Təbii ki, dərmanı tapsanız.





Загрузка...
Həmçinin oxuyun:
Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Bu dərmanlar koronavirusu məhv etmir, almayın - Professor

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Tanınmış həkim: Koronavirusu müalicə edən heç bir dərman yoxdur - VİDEO

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

Belə olsa, yoluxma halları yenə artacaq - Adil Qeybulla

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ

“Bu dərmanla koronavirusdan ölüm olmayacaq” - Türkiyəli həkim

“Bu dərmanla koronavirusdan ölüm olmayacaq” - Türkiyəli həkim

Maska insan sağlamlığına zərərdir? - Azərbaycanlı həkim HƏQİQƏTİ AÇIQLADI

Maska insan sağlamlığına zərərdir? - Azərbaycanlı həkim HƏQİQƏTİ AÇIQLADI

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Rusiyalı professor koronavirus haqqında: Bu, ölümcül xəstəlik deyil, ölüm səviyyəsi 1%-dən azdır

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Noyabrın 1-də məktəblər yenidən bağlanır? – RƏSMİ AÇIQLAMA

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının qiyməti açıqlandı

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Azərbaycanda ən çox rast gəlinən qan qrupu açıqlandı - Qanvermə İnstitutunun direktoru ilə MÜSAHİBƏ

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Vasif İsmayıl: Koronavirusun ikinci dalğası 3 ay sonra, avqust-sentyabr aylarına gözlənilir

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Koronavirus dərmanı uğurla sınaqdan keçdi

Koronavirus dərmanı uğurla sınaqdan keçdi

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO

Aygün Balın göyərçinə vurulan evli qazı: Uşaqlara nə öyrədilir? - VİDEO

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

Məktəbli formalarında ediləcək yeniliklərlə bağlı açıqlama: “Bunun üçün böyük vaxt lazımdır”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Tarif Şurası universitetlərə gedən yolu bağladı