AzTehsil.com


Xəbərlər
14 may 2020
1 213


ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”



 

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli  koronavirus pandemiyasının insan psixologiyasına təsirləri ilə bağlı öz fikirlərini bölüşüb.  Rektorun sözlərinə görə, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlifdir:  

- Belə dövrlərdə insanlar, əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və  onun varlığını inkar edənlər. Məsələn, həddindən artıq həssas, tez həyəcanlanmağa meyilli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal, xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir; bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edirlər. Bütün dünya bu barədə danışsa da, belələri  reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir.

-Gəray müəllim, bir mütəxəssis kimi nə deyə bilərsiz: hansı qrupa aid insanlar daha düzgün mövqe tutmuş olurlar?

- İkinci qrupa aid insanlar – yəni, virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir. Çünki həddindən artıq qorxan adam ancaq özünə əzab verir, ancaq özü bundan əziyyət çəkir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Bu vəziyyət artıq çoxaldıqda,  ailə üzvləri onu psixiatr müayinəsinə aparır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər - sosial məsafəni qorumur, maska taxmır və digər tövsiyələrə riayət etmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar.

Xəstəliyin müəyyən simptomları var. Onu bəziləri ağır keçirir, amma yüngül formada keçirənlər də olur. Bu, xəstənin yaşından, yanaşı gedən xəstəliklərdən və insanın immunitetindən asılıdır. Tam səmimi deyə bilərəm ki, COVİD-19-a yoluxan insanlarda xəstəliyin necə keçəcəyini, hansı formada olacağını əvvəlcədən bilmək mümkün olmur. Təəssüflə qeyd edim ki, istər ölkə rəhbərliyi, istər səhiyyə orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, insanlar hələ də buna yüngül bir hal kimi yanaşırlar.

-Siz xəstəliyə həddən artıq dramatik yanaşan və  baş verənlərə yüngül yanaşan insanlardan danışdınız. Bəs pandemiya duruma adekvat yanaşan, özünü normal aparan insanların psixologiyasında hansısa formada iz buraxır?

- Əslində, indi koronavirus hər kəsin psixologiyasında dominantlıq təşkil edir. Fikir verin, hamımız mətbuatdan asılıyıq, hər birimiz xəbərləri, göstəriciləri diqqətlə izləyirik. Dünya üzrə statistikanın təhlili göstərir ki, hansı ölkədə vətəndaşlar problemin məsuliyyətini dərk edib, qaydalara,  karantin tədbirlərinə daha çox riayət edirsə, o ölkələrdə xəstə və yoluxma sayı da azalır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, ölkəmizdə yoluxmada azalma tendensiyası heç kimi arxayın etməməlidir. Çünki karantin rejimi bir qədər yumşaldılan kimi rəqəmlər artır. Əgər birinci dalğanı yaşamışıqsa, heç kim bizi ikinci dalğadan sığortalamır və bunun birincidən yumşaq olacağı zəmanətini də heç kim vermir. Buna görə də hər kəs bilməlidir ki, təhlükəsizlik qaydaları bütün xalqın, hər kəsin özünün, ailə üzvlərinin sağlamlığı üçün vacibdir.

-Siz həm də Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvüsünüz. Bu fonddakı vəsaitlərin xərc istiqamətləri barədə nə deyə bilərsiniz? Hansı istiqamətə diqqəti artırmaq önəmlidir?

-Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitlərinin bir neçə istiqamətdə istifadəsi nəzərdə tutulub. Bunlardan biri də elmi- təqdiqat işləri ilə bağlıdır. Biz vaxtında qabaqlayıcı tədbirlər gördüyümüzə görə, koronavirusla mübarizənin önündəyik. Bu, çox vacib məsələdir. Hazırda COVID-19-un bioloji, mikrobioloji, kliniki xüsusiyyətləri haqqında dünyada tam təsdiqlənmiş məlumatlar yoxdur. Bir ay öncə virusun xüsusiyyətləri haqqında deyilən fikirlər indi dəyişib. Hətta xəstəliyin fərqli əlamərtləri də ortaya çıxır. Hələlik koronavirus infeksiyasına qarşı tam təsdiqini tapmış protokol yoxdur. Hazırda bu infeksiya üçün spesifik, məhz onun  üçün istifadə olunan müalicə üsulu da yoxdur. Hələ xəstəliyin peyvəndi də hazırlanmayıb. Peyvənd hazırlansa belə, onun effektivliyi, yan təsirlərinin necə olacağı hələ bilinmir. Məncə, fonddakı vəsaitlərin bir qismi elmi tədqiqatlara istifadə olunmalıdır.  Mən inanıram ki, bəşəriyyət mütləq COVİD-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər elmi tədqiqatlara əsaslanmış təkliflər nəticəsində olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir.  Məhz elmi tədqiqatlara əsaslanan qərarlar verməliyik. muallim.edu.az



Загрузка...
Həmçinin oxuyun:
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Almaniyalı professor koronavirus yalanlarını ifşa etdi

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanlı professordan koronavirusla bağlı vacib AÇIQLAMALAR

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Azərbaycanda koronavirusa görə yeni qadağalar qüvvəyə minəcək - Operativ Qərargahın üzvü

Baş infeksionistdən CİDDİ XƏBƏRDARLIQ

Baş infeksionistdən CİDDİ XƏBƏRDARLIQ

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Psixoloji gərginlik, stress pozuntusu hələ bir müddət qalacaq” - Tanınmış psixoloqla #evdəqal SÖHBƏTİ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

“Koronavirusdan ölənlərin çoxu kişilərdir” – MİLANDAKI HƏKİMLƏ MÜSAHİBƏ

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

Epidemiyanın sonu nə vaxt çatır: faktlar və proqnozlar

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

İndi hər kəsin gözləntisi - 31 may tarixindən sonra nə baş verəcək?

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

“Əgər millətimin və dövlətimin mənə ehtiyacı varsa, əlimdən gələni etməyə hazıram”

COVİD-19 qədər təhlükəli virus: DEZİNFORMASİYA

COVİD-19 qədər təhlükəli virus: DEZİNFORMASİYA

Dünyada iki növ koronavirus var

Dünyada iki növ koronavirus var

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

Uşaqların koronavirusdan qorumağın yolları AÇIQLANDI

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

“Nevropatoloq və psixiatrlara müraciətlər çoxalacaq” - Karantinin 36-cı gününün psixoloq MƏSLƏHƏTİ

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

COVID-19 pandemiyası ilə bağlı onlayn maarifləndirici seminar

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Rəşad Tağıyev: Hər kəs dövlətin gördüyü tədbirlərə dəstək verməlidir

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Azərbaycanda autizmli uşaqların sayı artır - Pediatr sirli səbəbdən danışdı

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Sizə kim nə deyir desin, inanmayın, koronavirus pandemiyası həqiqətdir - Məşhur həkimdən HƏYƏCAN TƏBİLİ

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Azərbaycanda cırtdanboyluların sayı artır - Problemin çox olduğu bölgələr

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Sumqayıt Dövlət Universitetindən 50 min manat ianə

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”

Baş infeksionist: “Karantin rejimi bitəndən sonra Azərbaycanda maska taxmaq məcburi olmalıdır!”