AzTehsil.com


Xəbərlər
20 avqust 2020
1 259


DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi



DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi

 

Ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də "Facebook” və xüsusilə "Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin (DİM) icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb.

Mərkəzdən  bildirilib ki, bu kimi səhifə və qruplar "profil” şəkli və "örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar:

"İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri , yanlış cavablar verdikləri məlum olur. Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər. İxtisas seçimi zamanı abituriyentlər bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və ərizəni yadda saxladıqda hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra ərizəni təsdiq etmək mümkün olur.

"Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası yaxın vaxtlarda çap olunacaq "Abituriyent” 4 jurnalında veriləcək. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstəriləcək. Qəbul imtahanlarının nəticələri elan olunduqda sonra isə hər ixtisas qrupu üzrə ayrıca "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunacaq. Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.

Bundan əlavə, hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzlərinin fəaliyyət göstərməsi təmin ediləcək. Hazırda həmin mərkəzlərin pandemiya şəraitinin tələblərinə uyğun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər həyata keçirilir. Müsabiqədə iştirak edənlər"Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Kooperasiya Universitetlərində və rayon təhsil şəbələrində ixtisas seçimi başa çatanadək fəaliyyət göstərəcəklər.

Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edirik. Mərkəzin 197 mindən artıq izləyicisi olan "Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 31 mindən artıq izləyicisi olan "Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir.  Bundan əlavə, DİM-in "Twitter” (https://twitter.com/stateexamcenter) və "Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur". modern.az 



Загрузка...
Həmçinin oxuyun:
"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

"Bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmayın!"

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

DİM ixtisas seçimi edəcək abituriyentlərə müraciət etdi

DİM-dən ixtisas seçimi ilə bağlı xəbərdarlıq: “Bu şəxslərə inanmayın!”

DİM-dən ixtisas seçimi ilə bağlı xəbərdarlıq: “Bu şəxslərə inanmayın!”

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM ali təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyentlərə müraciət etdi

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

Abituriyent Məsləhət Mərkəzləri bu ünvanlarda fəaliyyət göstərir...

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I və IV qrup)

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

Kolleclərə qəbul olmaq üçün 12 mindən çox abituriyent ixtisas seçimi edib

DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir

DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

“Facebook”da Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifə və qruplar fəaliyyət göstərir – XƏBƏRDARLIQ

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə ixtisas seçimi sona çatır

Kolleclərə də ixtisas seçimi başlayıb

Kolleclərə də ixtisas seçimi başlayıb

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət etdi

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

I ixtisas qrupu üçün abituriyent jurnalı satışda!

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

V qrup üzrə ixtisas seçimi nə vaxt başlayır?

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

Qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlərin ixtisas seçimi davam edir

DİM-dən abituriyentlər üçün video-çarx (VİDEO)

DİM-dən abituriyentlər üçün video-çarx (VİDEO)

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

DİM "Abituriyent" jurnalının 5-ci buraxılışında orta ixtisas müəssisələrinin əvvəlki ildə keçid ballarını qeyd edib

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

İndiyədək 40 min 681 abituriyent ixtisas seçib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Ali məktəblərə qəbul olmaq üçün 20 minə yaxın abituriyent ixtisas seçimi edib

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır