AzTehsil.com


Xəbərlər / Abituriyent
11 avqust 2020
1 432


Koronavirusa yoluxduğuna görə imtahanda iştirak edə bilməyənlərin nəzərinə!



 

Yazıçı Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə müraciət edib.

Yazıçı müraciətində qeyd edib ki, yaxın qohumu olan 17 yaşlı abituriyent koronavirusa yoluxduğu üçün ali məktəblərə qəbul imtahanında iştirak edə bilməyəcək. O, M. Abbaszadədən belə halla qarşılaşan şəxslərin nəzərə alınmasını, onlar üçün yenidən imtahan təşkil olunmasını istəyir.

DİM-dən ona virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcəyinin bildirildiyini qeyd edən yazıçı bu qərarı ədalətsiz hesab edir: "Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbə vurursunuz. Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir”.

Yazıçının sözlərinə görə, qohumu dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblərarası olimpiadalarda yüksək yerlər tutub.

"İndi bu uşaq virusa yoluxub deyə, imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz. Belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir”, – deyə o qeyd edib.

Dövlət İmtahan Mərkəzindən isə APA-ya bildirilib ki, DİM tərəfindən iyun ayının 10-dan etibarən keçirilən bütün buraxılış (qəbul) imtahanları pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub: "İmtahan özlüyündə kütləvi prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı iştirakçılar sağlamlıq haqqında bəyannamə təqdim edib və binaya daxil olarkən bədən temperaturları ölçülüb. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub.

Qeyd edək ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib.  Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb”.

DİM-dən bildirilib ki, bu il pandemiya şəraitinə görə qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salınıb: "İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.

O da qeyd olunub ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb prosesdir və təkcə imtahandan ibarət deyil: "İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər  ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”.



Загрузка...
Həmçinin oxuyun:
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Bu günkü imtahanlarda 5 şagirdin bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb

Məleykə Abbaszadə: “Çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər”

Məleykə Abbaszadə: “Çalışırıq ki, həkimlərin razılığı olan şəxslər də imtahanda iştirak edə bilsinlər”

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bu gün keçirilən imtahanlarda 3 nəfər imtahandan xaric olunub

Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik

Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

İmtahan vermiş məzunlar narazı olduqları halda II mərhələdə iştirak edə bilərlər -DİM

İmtahan vermiş məzunlar narazı olduqları halda II mərhələdə iştirak edə bilərlər -DİM

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

İyulun 2-də və 3-də növbəti buraxılış imtahanları keçiriləcək

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM 1 nəfəri bugünkü buraxılış (qəbul) imtahanlarına buraxmadı

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

Dövlət qulluğuna qəbul imtahanlarında rəqabət müşahidə olunmur - AÇIQLAMA

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

DİM növbəti imtahanlar üçün şagirdlərə XƏBƏRDARLIQ ETDİ

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama

DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama

20-yə yaxın abituriyent imtahana buraxılmadı

20-yə yaxın abituriyent imtahana buraxılmadı

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

Budəfəki buraxılış imtahanında 20 minə yaxın şəxs iştirak edəcək

İçəri telefon və “ağıllı” saatla girən iki nəfər magistratura imtahanından xaric olundu

İçəri telefon və “ağıllı” saatla girən iki nəfər magistratura imtahanından xaric olundu

Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI

Qəbul və buraxılış imtahanlarının vaxtı nə vaxt bilinəcək? - DİM sədri AÇIQLADI