AzTehsil.com


Xəbərlər / Abituriyent
19 iyul 2020
3 204


İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi



İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23-24 iyul 2020-ci il tarixlərində keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.

DİM-dən verilən məlumata görə, imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilər.

Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
 
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Qeyd edək ki, 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün "İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verə bilərlər.

"İmtahana buraxılış vərəqəsi" gün ərzində DİM-in saytında yerləşdiriləcək.

23-24 iyul 2020-ci il tarixlərində:

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Qeydlər:

- Digər şəhər və rayonlar üzrə imtahanlar ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir. 

- Həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. Belə ki, imtahan iştirakçısı "İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

 - Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.

- İmtahana buraxılış vərəqələri gün ərzində DİM-in saytında yerləşdiriləcək.

- Dövlət İmtahan Mərkəzi və Müdafiə Nazirliyinin birgə razılığına əsasən bu il C.Naxçıvanski adına Hərbi liseyə qəbul olmaq üçün sənəd verənlər ayrıca qəbul imtahanı vermirlər və onlar müsabiqədə 9-cu sinif buraxılış imtahanında topladıqları bal əsasında iştirak edəcəklər. Hərbi Liseyə qəbul olmaq istəyən və buraxılış imtahanı verməyən şəxslər şəhər və rayonların qrafikinə uyğun imtahanlarda iştirak etməlidirlər. oxu.az 



Загрузка...
Həmçinin oxuyun:
Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Bu tarixdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahan KEÇİRİLƏCƏK

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

Növbəti buraxılış imtahanlarının qrafiki elan olundu

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

10 iyul tarixində əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

İmtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz – RƏSMI

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

İyunun 24-25-də növbəti buraxılış imtahanı keçiriləcək

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

2 və ya 3 iyul tarixlərində iştirak edəcək şagirdlərin nəzərinə!

Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik

Bəzi buraxılış imtahanları sentyabrda keçiriləcək – Mühüm yenilik

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

2 və 3 iyul tarixli buraxılış imtahanının nəticələri AÇIQLANDI

2 və 3 iyul tarixli buraxılış imtahanının nəticələri AÇIQLANDI

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

Bu gün 17021 abituriyent üçün buraxılış imtahanı KEÇİRİLİR

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumatı

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumatı

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün 10 mindən çox şagird buraxılış imtahanı verir

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da qəbul imtahanları keçiriləcək

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

İyulun 10-da keçirilən imtahanların nəticələri elan olundu

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat