Pandemiya abituriyentlərin əsəblərini pozub -EKSPERT
Heç olmasa imtahanlarda qaydalar müəyyən qədər yumşaldılmalıdır.
Hər dəfə imtahanlar təxirə salındıqdan sonra şagirdlər psixoloji gərginlik keçirirdilər. Xüsusilə 11-ci sinif şagirdləri sonrakı mərhələdə buraxılış imtahanından başqa qəbul imtahanı da verəcəklər. Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayının 3-dən etibarən tədris prosesi dayandırılıb. Bu zaman qarşıda duran ən vacib məsələ qəbul və buraxılış imtahanlarının keçirilməsi idi. Aprel ayında öncə 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulurdu. Amma pandemiya səbəbindən bəzi imtahanların keçirilməsi təxirə salındı.
İmtahanların təxirə salınması şagirdlərin psixoloji durumuna da mənfi təsir göstərib. Buna baxmayaraq imtahan prosesinin necə sistemləşdirilməsi və sona çatması hələ sual altındadır.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Sherg.az”a açıqlamasında bildirib ki, pandemiya ilə əlaqədar olaraq Dövlət İmtahan Mərkəzi (DİM) ilə Nazirlər Kabinet razılaşaraq iyunun 10-dan yeni prosesə başladı. Bir ay ərzində həm 9-cu, həm də 10-cu sinifdə təhsil alan şagirdlər buraxılış imtahanı verdilər: "Amma keçən illə müqayisədə imtahanda kifayət qədər dəyişikliklər edildi.
İlk dəyişiklik 9-cu sinifdə oxuyan şagirdlərlə bağlı idi. Bu şagirdlər 2019-cu ilə qədər imtahanı 2 mərhələli verirdilərsə, onlar builki imtahanı 1 mərhələli olaraq verdilər. Onlar hər fənn üzrə toplayacaqları bal 100, yekun olaraq isə 300 bal toplaya bilərdilər. Şagirdlər bu balla orta ixtisas təhsil müəssisələrinə, kolleclərə seçim etmək hüququna malikdirlər. 11-ci sinif şagirdləri üçün isə imtahanların ümumi məzmununda yox, 2 formatında dəyişiklik edildi. Açıq tipli test tapşırıqlarının sayı azaldı, həmçinin imtahanda iştirakla bağlı dəyişiklik edildi. Artıq imtahan binalarında 15-dən artıq şagirdin buraxılmasına icazə verilmədi. Şagirdlər binaya daxil olanda onların istilikləri yoxlanılırdı. Temperatur olduqda isə imtahana girişi məhdudlaşdırılırdı”.


11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Buraxılış imtahanında ballar belə hesablanacaq

IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi

Buraxılış imtahanları ilə bağlı yenilik - DİM-dən AÇIQLAMA

Nadir İsrafilov: “Göstəricilər zəif olarsa, bu təhsilin keyfiyyətinin aşağı olması demək deyil.”

Elçin Əfəndi buraxılış imtahanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib

İmtahanlar təxirə salındı.

Buraxılış imtahanı təxirə salındı

DSX-nin Xüsusi Məktəbinə qəbul imtahanı da təxirə salındı

Şagirdlər sabah buraxılış imtahanı verəcək

Peşə məktəblərindəki şagirdlər sabah buraxılış imtahanı verəcəklər

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Yeni qəbul imtahanı MODELİ: İlkin mərhələdə bir çoxları ciddi yanaşmayacaq

DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda buraxılış imtahanları keçirilir

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK