AzTehsil.com


Xəbərlər
23 may 2020
1 762


Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlandı



Hərbi məktəblərə sənəd qəbulunun tarixləri açıqlandı

 

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi imtahanlardan əvvəl sənəd qəbulu aparır və tibbi komissiyalar keçirir. Sənəd qəbulu və komissiyalar Bakıda – akademiyaların özündə aparılır.

2020-2021-ci tədris ili üçün elan edilən sənəd qəbulu tarixləri koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminə, yəni mart-aprel aylarına təsadüf edib. Yəni bölgələrdən Bakıya gəlmək mümkün olmadığı üçün qeydiyyatdan keçə bilməyən abituriyentlər olub.

 Müdafiə Nazirliyindən  verilən məlumata görə, abituriyentlərə bir həftə bundan öncə müraciət edildiyi qeyd edilib.

Bildirilib ki, mayın 12-dən Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə elektron ərizələrin qəbulu başlanılıb Qəbulun ilk mərhələsində abituriyentlər mayın 12-dən iyunun 5-dək DİM-in saytında (www.dim.gov.az) qeydiyyatdan keçərək elektron ərizələrini təsdiq etdirməlidirlər. Elektron ərizəni təsdiq etdirmiş vətəndaşlardan ad, soyad və ata adını, ərizənin tarixi və nömrəsini, faktiki yaşadıqları ünvanı və daimi əlaqə saxlanılması mümkün olan 2 telefon nömrəsini müvafiq olaraq [email protected][email protected] elektron ünvanlarına göndərmələri xahiş olunur. Qəbulla bağlı əlavə məlumat Müdafiə Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

Azərbaycan Dövlət Dəniz Akademiyasından (ADDA) "Report”a bildirilib ki, Akademiyaya qəbul olmaq istəyən abituriyentlərin sənəd qəbulu 2020-ci ilin 12 may 5 iyun tarixi aralığında DİM-in rəsmi saytı üzərindən (www.dim.gov.az) elektron qaydada aparılacaq.

Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşını almaq məqsədi ilə insanların kütləvi halda toplaşmasının mümkün qədər azaldılması Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tövsiyə edilib. Bunu nəzərə alaraq Azərbaycan Dövlət Dəniz Akademiyasının ixtisaslarına qəbul xüsusi tibbi yoxlama aparılmadan keçiriləcəkdir. Tələbə adını qazanmış abituriyentlər yaşadıqları ərazi üzrə poliklinika tərəfindən verilmiş sağlamlıq haqqında arayışı ADDA-ya təqdim etməlidirlər.

Dövlət Sərhəd Xidmətindən (DSX) "Report”a verilən məlumata görə, DSX-nin akademiyasına sənəd qəbulu mart ayının 15-dək DSX Akademiyasında (Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti – 2942A) və yaxınlıqda yerləşən hərbi hissələrdə (bölgələrdə yaşayan vətəndaşlar üçün) qeydiyyat aparılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report”a deyilib ki, FHN-in Akademiyasına sənəd qəbulu daha əvvəl – aprel ayında aparılması ilə bağlı məlumat verilsə də, pandemiya ilə əlaqədar tarixlər dəyişdirilib. 

Belə ki, sənəd qəbulu iyun ayının 1-dən 26-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək əvvəlcədən növbə götürmə və təyin edilmiş vaxtda dəvət edilməklə FHN-in Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. 

Abituriyentlər aşağıda qeyd edilən telefon, "WhatsApp” və ya elektron ünvandan birinə adı, soyadı, ata adını, təvəllüdü və telefon nömrəsini göndərməklə növbə gözləyərək şəxsən gələcəyi gün və saat barədə məlumat əldə edə bilərlər.

Əlaqə telefonları: (012) 512-41-61; (012) 512-41-20.

WhatsApp: (050) 226 77 41


Həmçinin, daha ətraflı məlumatı Fövqəladə Hallar Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından əldə etmək olar.



Загрузка...
Həmçinin oxuyun:
FHN Akademiyasında oxumaq istəyənlərin nəzərinə!

FHN Akademiyasında oxumaq istəyənlərin nəzərinə!

Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər

Xanlar Xanlarzadə: Abituriyentlər mayın 18-dən etibarən elektron növbə götürməklə SQK-a müraciət edə bilirlər

Ərizələrin qəbulu bu gün başa çatır

Ərizələrin qəbulu bu gün başa çatır

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

Ali təhsil müəssisələrinə sənəd qəbuluna start verilib

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Sənəd qəbulu başa çatır - XƏBƏRDARLIQ

Sənəd qəbulu başa çatır - XƏBƏRDARLIQ

Abituriyentlərin nəzərinə - ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

Abituriyentlərin nəzərinə - ali məktəblərə sənəd qəbulu ilə bağlı yeni xidmət yaradıldı

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

Ərizə qəbulunun vaxtı bitmək üzrədir - Abituriyentlərin nəzərinə!

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

BŞTİ-də vətəndaşların qəbulu mayın 4-dək dayandırılır

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılır

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu davam edir

Sənəd qəbulu davam edir

Sənəd qəbulu davam edir

Çağırışçılara ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət hüququ veriləcəkmi ?

Çağırışçılara ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət hüququ veriləcəkmi ?

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

Magistraturaya sənəd qəbulunun vaxtı uzadılıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

30 mart – 27 aprel tarixlərinə nəzərdə tutulan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir

DİM abituriyent məsləhət mərkəzlərinin fəaliyyət dairəsini genişləndirir

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Azərbaycanda universitetlərə qəbul qaydası dəyişdi - ilkdə iki dəfə olacaq

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

Təxirə salınan imtahanların və sənəd qəbulunun vaxtı barədə ictimaiyyətə məlumat veriləcək- DİM

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM rezidenturaya sənəd verənlərə müraciət edib

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

DİM: Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salınıb

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb