AzTehsil.com


Xəbərlər
27 fevral 2020
1 209


Salyanda regional müşavirə



Salyanda regional müşavirə

 

Fevralın 27-də Salyan rayonunda regional müşavirə keçirilib. Müşavirə "Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə  əlaqədar təşkil edilib.

Müşavirədə Təhsil, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nümayəndələri, həmçinin Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Cəbrayıl, Şirvan və Hacıqabul bölgələrini əhatə edən təhsil müəssisələrinin rəhbərləri, kollec, peşə və internat müəssisələrinin direktorları, eləcə də  həmin bölgələrdə çalışan gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri iştirak ediblər.

Təhsil Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin və Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan müşavirənin əsas məqsədi qeyd olunan məsələ ilə əlaqədar yerli təhsili idarəetmə orqanlarında çalışan rəhbər və digər aidiyyəti işçilərlə müvafiq maarifləndirmə işinin aparılmasıdır. 

Təhsil Nazirliyinin Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar qarşıda duran vəzifələrdən, həmçinin bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıb, nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

ANAMA-nın nümayəndəsi İdris İsmayılov çıxışında minaların zərərsizləşdirilməsi və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursat (minalar, qumbaralar, mərmilər və digər partlayıcı əşyalar) və təqliğ vasitələri aşkar edildikdə onlara toxunmağın qəti qadağan olması, dərhal 102 və ya 112 "Qaynar xətti”nə məlumat verilməsinin önəmini vurğulayıb.

Müşavirə zamanı Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Rafiq Zeynalov çıxış edərək əleyhqazlardan istifadə qaydası, baş verə biləcək fövqəladə hallar zamanı təxliyə işinin doğru tənzimlənməsinin vacibliyindən danışıb.

Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev çıxış edərək "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr haqqında geniş məlumat verib.

Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev müvafiq dövlət standartları əsasında hazırlanmış proqram və dərsliklərə uyğun tədris edilən GÇH fənninin məktəblilərin ordu həyatı ilə tanış olmalarına, hərbi Nizamnamə və  Qaydaların mənimsədilməsinə də xidmət etdiyini qeyd edib.

Müşavirədə maarifləndirmə tədbirlənin təşkilinin xüsusi əhəmiyyəti vurğulanıb, məktəblilərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi qeyd edilib. Həmçinin  "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

Görüş müzakirələrlə başa çatdırılıb.
edu.gov.az 



Загрузка...
Həmçinin oxuyun:
Şamaxıda regional müşavirə

Şamaxıda regional müşavirə

Qubada regional müşavirə

Qubada regional müşavirə

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

Yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri

Bakıda məktəbin yanında bomba tapıldı

Bakıda məktəbin yanında bomba tapıldı

Göyçayda məktəblilər üçün mülki müdafiə təlimləri keçirilib

Göyçayda məktəblilər üçün mülki müdafiə təlimləri keçirilib

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

Orta məktəbin həyətində 2 ədəd tank əleyhinə mina aşkarlandı

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Peşə təhsili və təlimi sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub

4 minə yaxın müəllimə müharibə ilə bağlı təlimə cəlb olunub

4 minə yaxın müəllimə müharibə ilə bağlı təlimə cəlb olunub

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri

Fövqəladə hallarla bağlı maarifləndirmə tədbiri

“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

Uşaq musiqi və incəsənət məktəbləri ilə bağlı müşavirə keçirildi

Uşaq musiqi və incəsənət məktəbləri ilə bağlı müşavirə keçirildi

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Siyəzən, Göyçay, Bərdə və Zərdabda sentyabr konfransları

Sentyabr konfransının plenar müşavirələri başlayıb

Sentyabr konfransının plenar müşavirələri başlayıb

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Sabirabad, Saatlı və İmişli rayon təhsil işçiləri ilə görüş

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Xüsusi hallar və həssas qruplarla işə dair “Dəyirmi masa” keçirilib

Təhsil Nazirliyində kollegiya iclası

Təhsil Nazirliyində kollegiya iclası

Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçiləri ilə görüş

Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayon təhsil işçiləri ilə görüş

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Təhsil naziri: “Hər bir şagirdinizi tanıyın”

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri