AzTehsil.com


Xəbərlər / Müəllim
18 fevral 2020
10 302


Kurikulum və Baloniya sistemindən imtina etməliyik - ŞURA SƏDRİ SƏRT DANIŞDI



Kurikulum və Baloniya sistemindən imtina etməliyik - ŞURA SƏDRİ SƏRT DANIŞDI

 

Sovet vaxtı Rusiyanı qızıl güllə təmin edirdik, indi Hollandiyadan qızıl gül almalıyıq?!

Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda ali məktəblərdə ixtisasların əmək bazarına uyğunlaşdırılması əksini tapıb.

Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Hazırda əmək bazarında elə ixtisaslar var ki, günün tələbinə cavab vermir.

Görəsən, 4 il ali məktəbdə təhsil alan tələbənin sonda işsizlik problemi ilə üz-üzə qalmasına cavadehliyi kimlər daşıyır?!

İstənilən halda, tələbata cavab verməyən ixtisasların mövcudluğu ən böyük problemdir.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri,  professor  Şahlar Əsgərov mövzu barədə Modern.az-a danışıb.

Professor bildirib ki,  əmək bazarımız xarici dövlətlərin əmək bazarına adekvat deyil:

"Bizim öz bazarımız var. Xəzərin sahilində yerləşirik, dağlı-aranlı regionumuz var. Neftlə zəngin ölkəyik. Bizim əmək bazarımız bu təbiətə uyğun olmalıdır. Əgər gedib Britaniyanın əmək bazarını öyrənib gəlib burada tətbiq etsək, heç bir nəticə  olmayacaq. Əmək bazarımızı özümüz tapmalı, proyektləşdirməliyik. Yoxsa neçə illərdir ki, xaricdən kopya edib ixtisaslar gətiririk.

Elə bir ölkə qalmayıb ki, onunu təhsili haqqında Azərbaycan mətbuatında nəsə getməsin. Axı xarici təhsilin tətbiqi nəyimizə gərəkdir?!

Azərbaycanın öz təhsil konsepsiyası mövcuddur. Xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti yoxdur. Kurikulum və Baloniya sistemini götürək. Bunlarn bizə nə xeyri var?!

Cənab prezident Bakı Dövlət Universitetinin 100 illiyində maraqlı məqama toxunaraq dedi ki,  Qərbə inteqrasiya deyirik, baxır hansı sahəyə inteqrasiya. Əgər yaxşı mədəniyyət sahəsi varsa, ora inteqrasiya olunmaq olar”.
Şahlar Əsgərov  əmək bazarına uyğun olaraq ixtisasların müəyyənləşdirilməsi məsələsində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi  bir araya gələcəyini vurğulayaraq bunun  müsbət hal olduğunu qeyd edib:

"Azərbaycan neft ölkəsidir. Güman edirəm ki, uzun müddət bu cür də qalacaq. Qara nefti oktanlı benzinə çevirmək tenologiyası var. Biz 95 və daha yüksək oktanlı benzini niyə xaricdən almalıyıq?!

 Olmaz ki, bir zavod quraq və özümüz də benzini  95-ə, 92-yə və sairə çevirək?!

Bu zavodda vətəndaşlarımız çalışacaq. Digər bir məsələ qızılgüllərlə bağlıdır.

Sovet dövründə Rusiyanı qızılgüllərlə Azərbaycan təmin edirdi. Bu gün niyə görə qızılgülləri Hollandiyadan almalıyıq?!

Bunu elə tənzimləməliyik ki, Hollandiyadan bura qızılgüllər gətirilməsin. Hollandiyaya xərclədiyimiz valyutanı da öz əməkdaşlarımıza verək.

Başqa bir nümunə, baxın görün ölkəmizdə meyvə qurudan zavod varmı?!

O da yoxdur. Bunların səbəbləri bəllidir. Çünki mütəxəssislərimiz yoxdur. Hesab edirəm ki, bu cür ixtisasların yaranmasına ehtiyac var”.  



Загрузка...
Həmçinin oxuyun:
Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Fiziki məhdudiyyətli tələbələr üçün əmək yarmarkası keçiriləcək

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

"TƏLƏBAT OLMAYAN İXTİSASLARIN KADR HAZIRLIĞI DAYANDIRILMALIDIR !"

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

Tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

" Bu 3 faktoru Azərbaycan məzununa verə bilsək, onların əmək bazarında iş yeri olacaq..."

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Dövlət Məşğulluq İdarəsi tələbə və məzunlar üçün məşğulluq tədbiri keçirib

Magistraturada yeni ixtisas yaradılacaq

Magistraturada yeni ixtisas yaradılacaq

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri

Azərbaycanda “peşə məktəbləri” universitetləri niyə üstələyir? – “Ali təhsillilərin axın səbəbləri

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

İctimai Şuranın 2019-2020-ci illər üzrə Fəaliyyət Planı təsdiqlənib

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Peşə təhsilinə cəlb edilənlərin sayı artıb...61 mindən çox şəxs nazirlik tərəfindən cəlb olunub

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Məleykə Abbaszadə: Ali təhsilin keyfiyyəti yüksəldilməlidir

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib

Tələbələr üçün 154 vakant iş yeri

Tələbələr üçün 154 vakant iş yeri

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib

Təhsil Nazirliyi 8 ixtisasa bal məhdudiyyəti tətbiq edib