Xəbərlər
30 yanvar 2020
1 228


Məktəblilər "NBA" Azərbaycan Yeniyetmələr Liqasında

Məktəblilər "NBA" Azərbaycan Yeniyetmələr Liqasında

 

Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlan və qızların iştirakı ilə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimat mərasimi keçirilib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberg, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov iştirak edib.

Mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin idmana diqqət və qayğısından danışıb. Azad Rəhimov bildirib ki, Azərbaycan idmanı gündən-günə inkişaf edir və idmanın mövcud maddi-texniki bazası basketbolun da tərəqqisinə imkan verir. Azad Rəhimov idmançılarımızın ötən il ərzində əldə etdiyi nailiyyətlərə də toxunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının əhəmiyyətindən danışıb, bu layihənin məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsində, eyni zamanda istedadlı idmançıların üzə çıxarılmasında müsbət rol oynacağını qeyd edib. Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. Yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacağını qeyd edən Firudin Qurbanov bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib.

Çıxış edən digər qonaqlar  layihə barədə öz fikirlərini bildirib, təşkilatçılara uğurlar arzu ediblər.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, rəsmi qonağa xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, liqanın oyunları cari ilin mart-may aylarında NBA sistemi və struktur quruluşuna uyğun müəyyən edilmiş qaydalar əsasında keçiriləcək. Layihə çərçivəsində ölkə üzrə oğlan və qızlardan təşkil edilmiş 30 komanda müəyyən ediləcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

Atletlər kəndində “Olimpiya mədəniyyəti və təhsil proqramı” pavilyonunun açılışı olub

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

XV Avropa Gənclər Olimpiya Festivalında uğur qazanan idmançılarımızla Milli Olimpiya Komitəsində görüş keçirilib

Təhsil Nazirliyində təltifetmə mərasimi

Təhsil Nazirliyində təltifetmə mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblilərin Bakı şəhər birinciliyinin bağlanış mərasimi

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Məktəblər arasında respublika çempionatının qalibləri mükafatlandırılıb

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Yüksək nəticə göstərmiş idmançı və məşqçi-müəllimlərin təltifolunma mərasimi

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov prorektorlarla görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov İmişlidə gənc müəllimlərlə görüşüb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Firudin Qurbanov BDU-nun rektor əvəzi oldu - RƏSMİ

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Moskva Beynəlxalq Təhsil Salonunda çıxış edib

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Abşeronda gənc müəllimlərlə görüşüb

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Mingəçevirdə vətəndaşları qəbul edib

"Məktəblilərin beynəlxalq arenada çıxışının şahidi olmaq istərdik"- Azad Rəhimov

"Məktəblilərin beynəlxalq arenada çıxışının şahidi olmaq istərdik"- Azad Rəhimov

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

Sumqayıt Dövlət Texniki Kollecinin 60 illik yubileyi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Firudin Qurbanov Koreya Respublikasının səfiri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Firudin Qurbanov diaspor nümayəndələri ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Tələbə Yay Məktəbinin iştirakçıları ilə görüşüb

Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

Nazir müavini Firudin Qurbanov Biləsuvarda vətəndaşları qəbul edib

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

TOPs proqramının 5-ci mövsümü yekunlaşıb

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş

Rusiyanın Sverdlovsk vilayətinin Təhsil və Gənclər Siyasəti naziri ilə görüş