Azərbaycanda bu məktəb BAĞLANIR ? -AÇIQLAMA
"Biləsuvarda məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir".
AzTehsil.com xəbər verir ki, bu barədə Şirvan Salyan Regional Təhsil İdarəsindən məlumat verib.
Qeyd olunub ki, Biləsuvar rayonu Nərimankənd kənd ümumi orta ümumtəhsil məktəbinin bağlanması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Həmin təhsil müəssisəsi 2025–2026-cı tədris ilində də fəaliyyətini davam etdirəcək. Hazırda həmin məktəbin bağlanması gündəmdə deyil.